ABŞ Prezidenti Donald Tramp İsrailin İrana hücumundan sonra ilk açıqlamasında bildirib ki, “İran nüvə bombasına sahib ola bilməz” və ABŞ, Tehranın danışıqlara qayıdacağına ümid edir. O, İran rəhbərliyində danışıqlara gələ bilməyəcək (ölən) şəxslərin olduğunu da deyib.
Fox News kanalının aparıcısı Bret Baier-ə telefonla açıqlama verən Tramp qeyd edib ki, əgər zəruri olarsa, ABŞ İsraili müdafiə edəcək.
Tramp eyni zamanda, İsrailin İrana qarşı hücumları barədə öncədən məlumatlı olduğunu da deyib.
İranın dövlət televiziyasının məlumatına görə, İsrailin hücumu zamanı İsfahan vilayətində yerləşən Natanz Nüvə Obyekti də hədəf alınıb. Hadisə yerindən tüstülərin qalxdığı bildirilir. Lakin hücumla bağlı hələ rəsmi açıqlama verilməyib.
TRT Haber telekanalı Tehranın küçələrindən görüntülərlə bölgədəki son vəziyyəti təqdim edib.
Mənbə: TRT
Tərcümə: Ətirə İbayeva
