Qlobal Nüvə Nəzarəti Təşkilatının Müdirlər Şurası 20 ildə ilk dəfə İranın nüvə silahlarının yayılmaması ilə bağlı öhdəliklərini pozduğunu rəsmən elan edib.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) idarə heyətinə daxil olan 35 ölkədən 19-u ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanın təqdim etdiyi təklifin lehinə səs verib.
Bildirilir ki, İranın bəyan edilməyən nüvə materialı və fəaliyyətləri ilə bağlı MAQATE-yə tam cavab verməkdə görünür. O, həmçinin İranın reaktor yanacağı, həm də nüvə silahı hazırlamaq üçün istifadə edilə bilən zənginləşdirilən uran ehtiyatı ilə bağlı narahatlığını ifadə edir. İran qətnaməni "siyasi" adlandıraraq pisləyib və yeni zənginləşdirmə obyekti açacağını bildirib. Bu, keçən həftə MAQATE-nin İranın "ümumi əməkdaşlıq etməməsini" tənqid edən və potensial olaraq doqquz nüvə bombası hazırlamaq üçün silah dərəcəsinə yaxın, 60% saflığa qədər zənginləşdirilən uranın olduğunu bildirən hesabatından sonradır.
İran nüvə fəaliyyətlərinin tamamilə dinc xarakter daşıdığını və heç vaxt nüvə silahı inkişaf etdirməyə və ya əldə etməyə cəhd etməyəcəyini təkid edir.
2015-ci ildə dünyanın altı qüdrətli dövləti ilə imzalanmış əlamətdar razılaşmaya əsasən, İran nüvə fəaliyyətlərini məhdudlaşdırmağa və iqtisadi sanksiyalardan xilas olmaq müqabilində MAQATE müfəttişlərinin davamlı və möhkəm monitorinqinə icazə verməyə razılaşıb.
İran, həmçinin Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) Təminatları Sazişi çərçivəsində bəyannamələrlə bağlı həll edilməmiş məsələlərin həllində MAQATE-yə kömək etməyi öhdəsinə götürüb.
Mənbə: BBC news
Tərcümə etdi: Ayşən Səlimova
