Viktoriya dövründə Londonda yerləşən Uaytçepel bölgəsində Cek də Ripır adlı şəxs qorxu saçan bir dəhşət dönəmi yaradıb. Bu dövr tarixə “dəhşət payızı” kimi düşüb. 1888-ci ildə ən azı beş qadının onun tərəfindən qətlə yetirildiyi düşünüb, amma əslində qurbanların sayı daha çox ola bilər.

Qətllər dövrün yoxsulluq, içki və ümidsizliklə dolu sosial şəraitində baş verib. Bir çox qadın fahişəliklə məşğul olub, bu da onları cəmiyyətin gözdən saldığı və müdafiəsiz hədəflərə çevirib. Lakin bu qətllər təkcə qurbanların sayı ilə deyil, qorxunc və qəddar üsulları ilə də bütün dünyanı şoka salıb.
Qadınların boğazları kəsilib, qarınları yarılıb və bəzən daxili orqanları çıxarılıb. 1888–1891-ci illər arasında ümumilikdə 11 qadının qətlə yetirildiyi bildirilib, lakin yalnız beş qurban - Meri Enn Nikols, Enni Çepman, Elizabet Strayd, Ketrin Eddovs və Meri Ceyn Kelli - “kanonik beşlik” kimi tanınıb.
Polisin araşdırmalarına baxmayaraq, qatil heç vaxt tapılmayıb. O dövrdə Uaytçepel qaranlıq və dar küçələrlə dolu olub, bu da qatili izləməyi demək olar ki, mümkünsüz edib. İşıqsız keçidlər və səssiz dar yollar qatillə qurban arasında baş verənləri gizlətməyə şərait yaradıb.
1894-cü ildə Metropoliten polisinin yüksək rütbəli əməkdaşı Melvil Maknaqten Ripırın yalnız bu beş qadını öldürdüyünü iddia edən məxfi memorandum yazıb. Bu sənəd sonrakı illərdə geniş yayılıb və rəsmi qurban siyahısının formalaşmasına səbəb olub.
Lakin bu yanaşma ilə razılaşmayanlar da olub. Məsələn, Elizabet Straydın cəsədində bədənin parçalanması əlamətləri olmadığı üçün onun Ripırın qurbanı olmadığı deyilib. Eyni zamanda, Meri Ceyn Kellinin son dərəcə vəhşicəsinə öldürülməsi onun qətlinin bir təqlidçi tərəfindən törədildiyi ehtimalını gündəmə gətirib.
Dönəmin mətbuatı bu hadisələri geniş və bəzən də yanlışdırılmış şəkildə işıqlandırıb, bu da cəmiyyətdə çaxnaşma və qorxu dalğası yaradıb. Mediada yayılan şayiələr qətllərin real sayının müəyyən edilməsini daha da çətinləşdirib.
Əgər həmin qətllərin xəritəsinə baxsaq, onların çox kiçik bir ərazidə baş verdiyini görüb bilərik. Bu, Ripırın yerli sakin ola biləcəyi ehtimalını gücləndirib.
Bugünkü günə qədər Cek Ripırın kimliyi məlum olmayıb. Bu hadisələr tarixə ən məşhur və həll olunmamış cinayət işi kimi düşüb. Cəmiyyətin bu işə marağı 136 ildən sonra belə davam edib.
Mənbə: Jack The Ripper Tour
Tərcümə etdi: Arzu Qafarova
