Bu gün:

Çarli Çaplindən anlamlı sözlər


16 aprel 1889-cu ildə Londonda anadan olan Çaplin kino sənayesi tarixinin ən mühüm simalarından biri hesab olunur. Onun fikrincə, “Həyat yaxından baxanda faciədir, uzaqdan baxanda isə komediyadır”. Çarli Çaplinin həyat təcrübələrini əks etdirən unudulmaz sözləri... 

  • "Komediya çəkmək üçün mənə yalnız park, polis və gözəl qız lazımdır".
  •  "Çılpaq bədən ancaq çılpaq ruha aşiq olana məxsus olmalıdır”.
  •  "Həqiqətən gülə bilmək üçün dərdlərini başa düşməli və onlarla oynamağı bacarmalısan".
  •   "Həyat yaxından baxanda faciə, uzaqdan baxanda komediyadır".
  •  "Həyatda çox problemlərim var, amma dodaqlarım bu problemlərdən xəbərsizdir. Onlar gülümsəməyə davam edirlər".
  • "Aşağıya baxsan, heç vaxt göy qurşağı tapa bilməzsən".
  • "Sözlər ucuzdur. Deyə biləcəyiniz ən böyük söz fildir".
  • “Yağışda gəzməyi xoşlayıram, çünki heç kim ağladığımı görmür".
  • "Niyə bir məna axtarırsan? Həyat ehtirasdır, mana deyil.''
  • "Vicdanınızı nüfuzunuzdan daha üstün tutun. Şəxsiyyətinizi vicdanınız müəyyən edir. Şöhrət başqalarının sənin haqqındakı fikirləridir və bu fikirlər yalnız onları bağlayır, səni yox”.
  • "Qorxmadıqca həyat gözəl ola bilər. Bunun üçün cəsarət, təxəyyül və bir az pul lazımdır".
  • "Gülmədən keçən bir gün boşa keçən bir gündür".
  • "Həyat uzaqdan komediya, yaxından faciədir".
  • "Həyat sınaqlara icazə verməyən bir oyundur. Odur ki, oxuyun, ağlayın, rəqs edin, gülün, doyunca yaşayın. Pərdə düşəndə alqışlayan olmayacaq".
  • "Biz çox düşünürük, amma çox az hiss edirik."
  • "Bu dünyada heç nə qalıcı deyil, hətta bizim problemlərimiz belə".
  • "Həsislik insanların ruhunu zəhərləyir və dünyanı nifrətlə doldurur. Bəşəriyyət etdiyi hər şeyin sürətini artırdı, eyni zamanda geri çəkildi. Bizə maşınlardan daha çox insan lazımdır. Ağıl, xeyirxahlıq və mərhəmət olmasa, həyat vəhşi bir şeyə çevrilir və biz bu vəhşiliyin altında əzilirik".
  • "Məncə, bütün saraylar dadsız, duzsuz, quru təmtəraqın əlamətləri idi".

Mənbə: Onedio.com
Tərcümə etdi: Fidan Əlizadə

Paylaş
Şərh əlavə et