Bu gün:

Qızılgül yağı necə hazırlanır və faydası nədir?


Qızılgüllər möhtəşəm gözəlliyi və xoş qoxusu ilə ən çox sevilən çiçəklərdir. Qızılgül suyu və ondan əldə edilən yağ isə müalicəvi xüsusiyyətləri ilə kosmetik sənayedə, bir çox sahələrdə istifadəsinə üstünlük verilən xüsusi məhsuldur. Sevginin simvolu olan qızılgüldən əldə edilən yağ aromaterapiyada tez-tez istifadə edilən bitki yağıdır. 


Möcüzəvi yağ sayılan qızılgül yağı aromatik şəfa mənbəyi olaraq bilinən əsas yağ kimi müalicəvi xüsusiyyətləri ilə geniş istifadə olunur. Dəri sağlamlığı üçün çoxsaylı faydaları olan qızılgül yağı dəriyə tətbiq edildikdə dərinin keyfiyyətini artırır, eyni zamanda ağrı və iltihabı aradan qaldırmağa kömək edir. Kosmetik sənayedə müəyyən miqdarda su ilə qarışdırılaraq istifadə olunur. Qızılgül yağı kremlərdə və ətirlərdə geniş istifadə olunan təbii yağdır. 

Qızılgül yağı nədir?

Qızılgül yağı dedikdə ilk ağıla gələn onun qızılgül ləçəklərindən əldə edilən bitki yağı olmasıdır. Texniki cəhətdən araşdırıldığında qızılgül ləçəklərinin buxar distillə üsulu ilə əldə edilən əsas yağ növlərindən biri olduğu müəyyən olunub. Qeyd olunduğu kimi aromaterapiya sahəsində geniş istifadə olunan bu ətirli yağ insanları rahatlaşdırarkən bədən sağlamlığına əvəzsiz töhfələr verir. 

Qızılgül yağı necə hazırlanır?

Qızılgül yağı buxar distillə üsulu ilə hazırlanan yağ növüdür. Çox zəhmət tələb edən istehsal prosesi olan qızılgül yağı əldə etmək üçün çoxlu miqdarda qızılgül ləçəklərindən istifadə olunur. Məsələn, 1 litr qızılgül yağı əldə etmək üçün təxminən 4 ton qızılgül ləçəklərindən istifadə olunur. 

Qızılgül yağı bitki mənşəli məhsullar sektorunda xidmət göstərən müxtəlif markalar tərəfindən diqqətlə istehsal edilərək satışa təqdim edilir. İxrac sahəsində qızılgül yağının da mühüm payı var. O bütün dünyada kosmetika və sağlamlıq sektorunda ən çox tələb olunan məhsul kimi seçilir. 

Ev şəraitində müxtəlif reseptlər tətbiq etməklə təbii yollarla qızılgül yağı əldə etmək mümkündür. Bu üsullar arasında zeytun yağından istifadə üsulu tövsiyə edilənlər arasındadır. Bunun üçün çəhrayı qızılgül ləçəkləri şüşə butulkaya və ya bankaya qoyulur. Sonra qızılgül ləçəklərinin üzərinə zeytun yağı əlavə edilir. Bu banka günəş işığı olan yerə qoyulur. Arada bir banka silkələnir və təxminən bir ay yarım müddətə saxlanılır. Ay yarımdan sonra banka qaynadılır və qızılgül yağı alınır. 


Qızılgül yağının faydaları 

Qızılgül yağı müalicəvi xüsusiyyətləri ilə dəri sağlamlığı üçün əhəmiyyətli faydaları var. Dəriyə tətbiq olunduqda daha sağlam və canlı bir görünüş verdiyi bilinən qızılgül yağı dəriyə masaj edilərək tətbiq olunduqda qan dövranını sürətləndirir. Qan dövranı sürətlənəndə insan özünü kifayət qədər enerjili hiss edir. 

Dərinin quruluğunu aradan qaldırmaqla yanaşı, immunitet sistemini gücləndirici xüsusiyyəti sayəsində soyuqdəymə, qrip kimi tənəffüs yolu xəstəliklərindən qoruyur. Ağrı kəsici xüsusiyyətlərə malikdir. Aromatik xüsusiyyətinə görə stressə qarşı təsirlidir. Qarın nahiyəsinə masaj edərək qəbizliyi aradan qaldıra bilərsiniz. Ağız qoxusunu yox edir, nəfəsi təravətləndirir. Nəfəs darlığı, astma kimi xəstəliklərin müalicəsində kömək edir. Dəridəki ekzema və yaralara sağaldıcı təsir göstərir. Antiseptik xüsusiyyəti ilə mikrobların öldürülməsində təsirlidir. Dəri səpgilərini aradan qaldırır. Əzələ ağrısı, burulma və ödəm kimi problemlərdə faydalıdır.


Qızılgül yağının istifadəsi

Qızılgül yağının istifadəsində miqdarını aşmamaq sağlamlıq üçün vacibdir. Qızılgül yağı dəriyə masaj edilərək tətbiq olunur. Bununla belə, dəriyə tətbiq etməzdən əvvəl bir neçə damcı qızılgül yağını badam yağı kimi daşıyıcı yağlarla seyrəltmək məsləhət görülür. Qızılgül yağının istifadəsi ilə bağlı ağla gələn suallardan biri də "onu içmək olar, yoxsa yox?" 

-Gül yağını səhər və ya axşam bir stəkan suya 2-3 damcı əlavə etməklə içmək olar. 

Mənbə: Hürriyet 

Tərcümə etdi: Nuran Əhmədzadə










Paylaş
Şərh əlavə et