Bu gün:

Tramp: "İranla danışıqlar aparmalısınız"


ABŞ prezidenti Donald Tramp İranı hərbi əməliyyatla hədələyən İsrailin Baş naziri Benyamin Netanyahudan danışıqlar variantını nəzərdən keçirməyi xahiş edib.Tramp İsrailin Baş naziri Netanyahu ilə telefon danışığı barədə mətbuata məlumat verib.

Netanyahu ilə bir çox mövzunu müzakirə etdiyini bildirən Tramp İranla bağlı danışıqları da təklif etdiyini söyləyərək "Netanyahuya dedim, İranla danışıqlar aparmalısan. Bu şəkildə daha yaxşı ola bilərsən. Bu sənə verə biləcəyim günün ideyası ola bilər. Qalx və müzakirə et",- deyə bildirib.

O, martın 7-də “Fox Business Network” telekanalına müsahibəsində İran lideri Əli Xamneyiyə məktub göndərdiyini açıqlayıb.

Həmçinin Tramp “Mən onlara məktub yazdım və ümid edirəm ki, danışıqlar aparacaqsınız, çünki hərbi yola girməli olsaq, bu, dəhşətli bir şey olacaq” deyib.

Xamneyi martın 8-də etdiyi çıxışında ABŞ-nin danışıqlar tələb etməklə problemləri həll etmək deyil, daha çox öz tələblərini irəli sürmək və ağalıq qurmaq istədiyini və İranın bunu qəbul etməyəcəyini bildirib.

Mənbə: TRT haber

Tərcümə etdi :Ayşən Səlimova

Paylaş
Şərh əlavə et