Bu gün:

İsrail Qəzza fəallarını deportasiya edəcək


İsrail çərşənbə axşamı bildirib ki, İsveçli fəal Greta Tunberq də daxil olmaqla, Qəzzaya humanitar yardım aparan gəmidə saxlanılan bir qrup fəal Tel-Əviv hava limanına deportasiya üçün aparılıb.

İsrail qüvvələri tərəfindən bazar ertəsi səhər saatlarında ələ keçirilən, 12 nəfərin Qəzzaya humanitar yardım aparmağa çalışdığı yaxta İsrailin Aşdod liman şəhərinə tərəf yedəklənib.

İsrail bu gəmiyə “selfi yaxtası” deyərək əhəmiyyət verməyib və sərnişinlərin öz ölkələrinə qayıtmaq üçün Ben Qurion hava limanına gətirildiyini bildirib.

“Deportasiya sənədlərini imzalamaqdan imtina edənlər məhkəmə orqanı qarşısına çıxarılacaq”, – deyə İsrail Xarici İşlər Nazirliyi X sosial şəbəkəsində bəyan edib.


Mənbə: BBC News

Tərcümə etdi: Ayxan Cəfərov


Paylaş
Şərh əlavə et