Bu gün:

İtkin ukraynalıların ailələri əsir mübadiləsi başlayanda bir araya gəlirlər


Ukraynalı itkin əsgərlərin ailələri bazar ertəsi günü Belarus sərhədi yaxınlığında toplaşıblar. Bu zaman Rusiya və Ukrayna arasında planlaşdırılmış əsir mübadiləsi baş tutub.Hərbi əsirləri daşıyan avtobus gələndə insanlar irəli atılıb – bir çoxu itkin düşmüş atalarının, qardaşlarının və oğullarının şəkillərini əlində tutub.

Üzlərdə narahatlıq və təşviş hiss olunurdu. Çox az adam doğmaları ilə yenidən görüşəcəyinə ümid edirdi. Əksəriyyəti isə illərlə bir xəbər gözlədikdən sonra sadəcə bir məlumat almağa can atırdı.

Keçən həftə Türkiyədə aparılan birbaşa danışıqların son mərhələsində tərəflər razılaşıblar ki, ağır yaralanmış və xəstə əsirlər, 25 yaşdan aşağı olanlar, eləcə də 12000 hərbçinin cəsədləri qarşılıqlı dəyişdirilsin.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, bu mübadilə “növbə ilə və bir neçə mərhələdə” baş tutacaq.

O, Telegram kanalında yazıb: “Proses olduqca mürəkkəbdir, çox həssas detalları var və danışıqlar demək olar ki, hər gün davam edir".

Rusiyanın Müdafiə Nazirliyi isə bildirib ki, “25 yaşdan aşağı olan ilkin rusiyalı hərbçilər Kiyev rejiminin nəzarətində olan ərazilərdən geri qaytarılıb” və “oxşar sayda” əsirin də Ukraynaya təhvil verildiyini qeyd edib. Lakin hər iki tərəf konkret olaraq neçə nəfərin dəyişdirildiyini açıqlamayıb.

Mənbə: BBC news

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et