Bu gün:

Saxta ətirləri necə seçmək olar?


Ətir qadınların gündəlik həyatda yanlarından ayırmadığı bir ləvazimatdır. Ətir alarkən nəzərə alınmalı bəzi vacib detallar var. Bu addımlar nəzərə alınmadıqda ciddi sağlamlıq problemlərinə səbəb olan xəstəliklər yarana bilər. 

Ətir alarkən qiymətin yüksək və ya sərfəli olmasından daha çox nəzərə alınmalı olan bəzi məqamlar var hansı ki, bu məqamlardan biri də onun orijinallığıdır. Saxta ətirlər asanlıqla istehsal olunur, lakin orijinal ətir ilə eyni keyfiyyətə və qoxuya malik deyil, ona görə də onlara pul xərcləmək lazımsızdır. Ancaq indiki dövrdə saxta ətirlər orijinaldan daha ucuz olduğu üçün daha çox alınır. Saxta ətirlərin allergiyaya və  bir çox problemlərə səbəb olduğunu bildirən mütəxəssislər onlardan istifadə edilməməli olduğunu vurğulayırlar. Gözəl qoxuya üstünlük verdiyiniz ətirlərin orijinal olub olmadığını anlamaq, əslində, göründüyü qədər çətin deyil. 


Qablaşdırmada hər hansı bir deformasiya görsəniz, saxta olduğundan şübhələnə bilərsiniz. Ətir şüşələrinin zədələnməsinin qarşısını almaq üçün əsl ətir qutuları ağ kartondan hazırlanır. Düzənsiz və ya müxtəlif rəngli karton ətirlərin saxta olma ehtimalı daha yüksəkdir. 

Ətir qutularının altındakı qızılı dairəyə diqqət yetirin. Original ətirlərdə qara ox sağa, qızıl ox isə sola işarə edir. Aldığınız ətirin altındakı oxlar belə deyilsə, saxta ola bilər. Məşhur brendlər ətirlərdə çox rəngləndirici istifadə etmirlər və çox vaxt orijinal ətirlərin rəngi solğun olur. Çox parlaq rəngli ətirlərin saxta olma ehtimalı daha yüksəkdir. 

Ətirlərin seriya nömrələri həm şüşənin üzərində, həm də qutuların üzərində olur. Orijinal ətir şüşələrində və qapaqlarında heç bir səliqəsizlik görə bilməzsiniz. Şüşə, qapaq, qutu və qablaşdırma, yəni hər şey səliqəli şəkildə kəsilib və yapışdırılıb.

Mənbə: Yasemin 

Tərcümə etdi: Nuran Əhmədzadə







Paylaş
Şərh əlavə et