Bu gün:

Nazir Fidandan diplomatik addım


Xarici işlər naziri Hakan Fidan diplomatik addımı sürətləndirib. Nazir Fidan NATO-nun baş katibi Mark Rutte ilə telefonla danışıb. Görüşdə Ukrayna ilə Rusiya arasında müharibəyə son qoymaq üçün göstərilən səylər qiymətləndirilib.

Nazirlikdən alınan məlumata görə, Xarici işlər naziri Hakan Fidan bu gün NATO-nun baş katibi Mark Rutte ilə telefon danışığı aparıb.

Görüşdə Ukrayna ilə Rusiya arasında müharibəyə son qoymaq üçün göstərilən səylər qiymətləndirilib. Bundan əlavə, iyunun 24-25-də Niderlandın paytaxtı Haaqada keçiriləcək NATO Zirvə toplantısına hazırlıq müzakirə edilib.

Mənbə: A haber

Tərcümə etdi: Ayşən Səlimova

Paylaş
Şərh əlavə et