Bu gün:

Turbay mitinqdə çıxışı zamanı güllələnib


Kolumbiyada 2026-cı ildə keçiriləcək ümumi seçkilərdə tanınmış sağçı partiyanın prezidentliyə namizədi senator Migel Uribe Turbay silahlı hücum nəticəsində ağır yaralanıb.Paytaxt Boqotanın qərbindəki Modelia məhəlləsində vətəndaşlarla bir araya gələn 39 yaşlı Uribe çıxış edərkən silahlı hücuma məruz qalıb.
Uribenin ağır yaralandığı və bədəninə 6 güllə dəydiyi bildirilib.

Kolumbiya mətbuatı senator Uribeyə atəş açdığı iddia edilən 15 yaşlı oğlanın yaralı olaraq nəzarətə alındığını və hazırda klinikada müalicə olunduğunu bildirib.

Boqota Bələdiyyə Başçısı Karlos Fernando Qalan verdiyi açıqlamada: "Senator Miguel Uribe günortadan sonra Fontibonda uğradığı sui-qəsd cəhdindən sonra təcili müalicəyə alınıb. Atəş açan şəxs saxlanılıb. Boqotadakı bütün xəstəxanalar ehtimal olunan köçürülməyə qarşı hazır vəziyyətə gətirilib",-deyib.

Kolumbiya hökuməti verdiyi açıqlamada bildirib: "Migel Uribe Turbaya edilən hücumu açıq və birmənalı şəkildə qınayırıq. Bu, təkcə senatorun şəxsi toxunulmazlığını deyil. Həm də demokratiya və ifadə azadlığını hədəf alan bir hərəkətdir. Biz hər cür zorakılığı rədd edirik".

Mənbə: TRT Haber

Tərcümə etdi: Səyyarə Mirzəyeva

Paylaş
Şərh əlavə et