Bu gün:

Niyə yuxu görürük? Şüuraltımız bizə nə siqnal verir?


Oyandığınız zaman bəzən sizi narahat edən, bəzən də gününüzün çox yaxşı keçəcəyi bir duyğuya səbəb ola bilən, digər hallarda isə davamlı olaraq məna axtarmağa çalışdığınız xəyala yuxu deyirik. Yaxşı, heç düşünmüsünüzmü, niyə xəyal edirik? Şüuraltımız bizə nə siqnal verir?

Yuxu nədir? 

Yuxu mərhələlərlə eyni zamanda vizual və səsli hiss etdiyiniz duyğuların vəhdətidir. Zaman anlayışı olmayan yuxu saniyələr içində baş verir və real dünyadakı zamanla müqayisə edilə bilməz. Yuxunun müddətini təxmin etmək çox çətindir, çünki zamanın axını çox fərqlidir. Bəzi insanlar daha tez-tez yuxu gördüyünü, bəziləri isə heç yuxu görmədiyini iddia edə bilər. Unutmamaq lazımdır ki, hər kəsin yuxu görür. Bəziləri yuxudan oyanmağa yaxın olduqları üçün yuxularını daha aydın xatırlayır, bəziləri isə çox dərin yuxuda olduqları üçün yuxularını xatırlamır və heç yuxu görmədiyini iddia edir. Çünki yuxular yuxudan oyandıqdan sonra ilk yarıda aydın xatırlanır, lakin keçən müddətdən sonra unudulur və gün ərzində orta hesabla 10%-i xatırlaya bilir.

Niyə yuxu görürük?

Bəzi araşdırmaların nəticələrində, bu, beynin fəaliyyəti kimi təqdim edilir, bəzi araşdırmalara görə isə yuxu zamanı şüuraltı zehnin ifadəsi kimi şərh edilir. Yuxular insan beyninin yatarkən aktiv qalmasına misal olaraq da göstərilə bilər.

Ziqmund Freydə görə, yuxu insanın şüuraltında olan arzuların ifadəsi kimi yozulur. Ona görə də yuxuda görülən şeylər ümumi mənadan daha çox xüsusi məna daşıyır və adama görə yozulacağını bildirir. Yuxuda görülən hadisələrin çoxu bastırılmış istəklər kimi çatdırılsa da, düzgün şərhin çox vacib olduğunu bildirir.

Yuxu növləri:

1. Gündəlik, sadə yuxular:

Bu, şərhə açıq olmayan yuxu növüdür. Ən sadə formada günün yorğunluğu ilə fikrinizdə ilişib qalan əşyaları və ya hadisələri görməniz nəticəsində gördüyünüz yuxulardır. 

2. Şərh edilə bilən, real yuxular:

Bu tip yuxularda fərdlərin yuxularının gündəlik həyatlarında eyni şəkildə yaşaması ehtimalı yüksəkdir. Buna görə də bu yuxuları şərh edərkən diqqətli olmaq lazımdır. 

3. Gözəl yuxular:

Adından da göründüyü kimi sizə dinclik bəxş edən, uçduğunuzu, qaçdığınızı və ya sevdiklərinizlə vaxt keçirdiyinizi gördüyünüz, oyandığınız zaman sizi xoşbəxt edən yuxulardır.

4. Yuxuların təkrarlanması: 

Nadir hallarda görülən, lakin görüldüyündə görən şəxs tərəfindən çox zaman xatırlanan yuxu növüdür. Bir insanın yuxu zamanı eyni yerdə və ya bir dəfədən çox eyni şəxslə birlikdə olduğu zaman baş verir. Hadisə və ya yerin təkrarı da yuxuların təkrarlanmasına səbəb ola bilər. 

5. Yuxuda yuxu Görmək: 

Bu tip yuxularda oyandığınızı düşünsəniz belə, yenə də yuxu görür, o cümlədən yuxuda ikən yuxudan oyandığınızı görürsünüz. Bunlar 2 və ya 3 dəfə təkrarlana bilər.

6. Kabuslar: 

Stressli, narahat və yorğun anlarda yuxumuzu qaçırmamıza səbəb olan, adətən, unudulmayan yuxu növüdür. İnsanın psixoloji vəziyyətinə və şüuraltına görə dəyişən kabuslar maddi və ya qeyri-maddi varlıqları əhatə edə bilər. Bunun sadəcə bir yuxu olduğunu qəbul etməli və onu düzgün şərh edərək gününüzə davam etməlisiniz.

Yuxuların bir mənası varmı? Həqiqətən bir siqnal verə bilərlərmi?

Yuxuda gördüyünüz heç bir obyekt, əşya, duyğu və ya rəng eyni məna daşımır. Yuxuların dili başqadır. Yuxunuzun yozulmasını istəyirsinizsə, onu düzgün təsvir etməyiniz çox vacibdir, çünki verdiyi mesaj gördüklərinizdən çox fərqlidir.

Mənbə: aba psikoloji

Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et