
Ukrayna və Rusiya müharibə əsirlərinin planlaşdırılan mübadiləsinin vaxtı ilə bağlı mübahisə edir. Məlumatlara görə, bu mübadilə həftə sonu baş tuta bilər.
Rusiya bildirib ki, Ukrayna mübadiləni “gözlənilmədən qeyri-müəyyən müddətə” təxirə salıb. Ukrayna isə deyir ki, bu proses gələn həftəyə keçirilib.
Bu, Rusiyanın Ukraynanın ikinci ən böyük şəhəri olan Xarkova indiyə qədərki ən böyük dron hücumunu həyata keçirməsindən sonra baş verib.
Xarkov meri İqor Terexov bildirib ki, azı üç nəfər həlak olub, daha 21 nəfər isə yaralanıb – bu hücumla bağlı bilməli olduğunuz əsas məqamlar bunlardır.
Bu hücum, cümə günü Ukraynada altı nəfərin öldüyü, 80 nəfərin isə yaralandığı güclü zərbələr dalğasından sonra baş verib. Rusiya bu hücumları bazar günü baş verən genişmiqyaslı Ukrayna dron hücumuna cavab olaraq həyata keçirdiyini bildirib.
Mənbə: BBC
Tərcümə etdi: Asiman Vəliyeva
