Xarkov şəhərinin meri bildirib ki, Rusiyanın Ukraynanın ikinci ən böyük şəhərinə endirdiyi böyük dron hücumu nəticəsində azı üç nəfər həlak olub, daha 17 nəfər isə yaralanıb.
İqor Terexovun sözlərinə görə, gecə ərzində Rusiya 48 dron, eləcə də iki raket və dörd planlaşdırılan bomba buraxıb.
“Çox böyük dağıntılar var,” – deyə Terexov bildirib. O əlavə edib ki, üç çoxmərtəbəli yaşayış binası zərər görüb. Sosial şəbəkələrdə yayılan videolarda bu binalardan birində bir neçə mərtəbənin alov içində olduğu görünür.
Ötən gecə isə Rusiya Ukraynaya 400-dən çox dron və təxminən 40 raketlə hücum edib. Nəticədə, ölkə üzrə altı nəfər həlak olub, 80 nəfər yaralanıb.
Mənbə: BBC News
Tərcümə etdi: Ayxan Cəfərov
