Bu gün:

Tramp və Mask arasında ictimaiyyət qarşısında mübahisə alovlanır


ABŞ Prezidenti Donald Tramp ilə onun keçmiş müşaviri İlon Mask arasında gərginlik açıq müstəviyə keçib. Texnologiya milyarder, Tramp-ın əsas daxili siyasətlərindən birini tənqid etdikdən sonra tərəflər bir-birinə təhqiramiz ifadələr işlədiblər.Hər iki milyarder cümə axşamı boyu özlərinə məxsus sosial media platformalarında qarşılıqlı ittihamlarla bu çəkişməni daha da alovlandırıblar və bu, onların gözlənilməz ittifaqının acı sonluqla başa çatacağının göstəricisi kimi dəyərləndirilir.

Gün, Tramp-ın Mask-ın administrasiyasının əsas vergi və xərcləmə qanun layihəsini tənqid etməsindən duyduğu “məyusluğu” ifadə etməsi ilə başlayıb. O, bunun iki lider arasındakı “böyük dostluq” dövrünün sonu ola biləcəyini vurğulayıb.

Mask cavab olaraq Tramp-ı “naşükürlükdə” günahlandırıb və bildirib: “Mən olmasaydım, Tramp seçkiləri uduzardı". 


Mənbə: BBC News

Tərcümə etdi: Ayxan Cəfərov


Paylaş
Şərh əlavə et