Bu gün:

Rüsumlar ABŞ-yə idxalın kəskin azalmasına səbəb olub


ABŞ-yə gətirilən malların həcmi apreldə 20% azalıb və bu, indiyə qədər qeydə alınmış ən böyük aylıq eniş olub. Bu azalma ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi tariflərin yaratdığı dalğanın nəticəsində baş verib.Bu geriləmə şirkətlərin ilin əvvəlində Trampın vəd etdiyi yeni idxal vergilərindən yayınmaq üçün malları əvvəlcədən ölkəyə gətirməyə çalışmasından sonra ticarətə dəyən qəfil zərbəni əks etdirir.

ABŞ-nin əsas ticarət tərəfdaşları olan Kanada və Çindən etdiyi idxal müvafiq olaraq 2021 və 2020-ci ildən bəri ən aşağı səviyyəyə düşüb, ABŞ Ticarət Nazirliyi bildirib.

Bu geriləmə ABŞ-nin ticarət balansındakı kəsiri – yəni ixrac və idxal arasındakı fərqi – demək olar ki, yarıbayarı azaldıb və bu, rekord bir eniş kimi qiymətləndirilib.

“Əldə edilən aprel hesabatı göstərir ki, tariflərin təsiri artıq tam şəkildə hiss olunur",– deyə Oxford Economics bildirib. Bununla yanaşı qurum ilin əvvəlindəki ticarət fəaliyyətindəki sıçrayışa görə bu rəqəmlərin ehtiyatla dəyərləndirilməli olduğunu vurğulayıb.

Tramp bu ilin yanvarında yenidən vəzifəyə qayıtdıqdan sonra xarici polad, alüminium və avtomobillər kimi bəzi məhsullara idxal vergilərini artırıb və dünyanın müxtəlif ölkələrindən gətirilən malların əksəriyyətinə 10%-lik ümumi vergi tətbiq edib.

Mənbə: BBC news

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et