Bu gün:

5 CHP bələdiyyə sədri vəzifələrindən uzaqlaşdırılıb


Daxili İşlər Nazirliyi İstanbulun Avcılar, Büyükçekmece və Qaziosmanpaşa, Adananın Ceyhan və Seyhan rayonlarında vəzifə yerinə yetirən 5 bələdiyyə sədrinin müvəqqəti olaraq vəzifələrindən kənarlaşdırıldığını açıqlayıb.

İstanbul Valiliyi iyunun 11-də İstanbulun üç rayonu üzrə bələdiyyə sədrinin müavini seçkilərinin keçiriləcəyini açıqlayıb.

Daxili İşlər Nazirliyindən iyunun 5-də verilən yazılı açıqlamada, dayandırılmaların Konstitusiyanın 127-ci maddəsi və 5393 saylı Bələdiyyələr Qanununun 47-ci maddəsi çərçivəsində həyata keçirildiyi bildirilib.

“Zorla qəsb” Türkiyə Cəza Məcəlləsində (TCK) dövlət məmuruna qarşı təsbit edilən cinayətdir. Bu cinayət dövlət məmurunun öz vəzifəsinin verdiyi səlahiyyət və nüfuzdan sui-istifadə etməsi və insanları buna məcbur etməklə fayda verməsi zamanı baş verib. 


Mənbə: BBC news
Tərcümə etdi: Aysel Mirzəyeva

Paylaş
Şərh əlavə et