İsrail ordusunun verdiyi məlumata görə, 7 oktyabr 2023-cü ildə HƏMAS-ın rəhbərlik etdiyi hücum zamanı cənubi İsraildən girov götürülərək Qəzzaya aparılan iki İsrail-Amerika vətəndaşının cəsədləri tapılıb.
Verilən bəyanatda bildirilir ki, həmçinin Kanada vətəndaşı olan 70 yaşlı Cudi Vaynşteyn Haqqay və onun 72 yaşlı həyat yoldaşı Qadi Haqqay, Mujahidin Briqadaları qrupunun silahlıları tərəfindən Nir Oz kibutsuna hücum zamanı qətlə yetirilib.
Onların cəsədləri gecə saatlarında Qəzzanın cənubundakı Xan Yunis bölgəsində tapılıb və məhkəmə-tibbi ekspertizası üçün İsrailə gətirilib.
Hazırda HƏMAS-ın Qəzzada saxladığı 56 girov var və onlardan azı 20-nin sağ olduğu güman edilir.
Mənbə: BBC News
Tərcümə etdi: Ayxan Cəfərov
