Cənubi Koreyanın yeni prezidenti Li Cae-Myonq böyük qələbə qazanıb, lakin onun “bal ayı” cəmi bir gün belə çəkməyəcək.
Keçmiş müxalifət lideri olan Li adətən yeni liderlərə verilən iki aylıq keçid dövründən yararlana bilməyəcək ki, komandasını formalaşdırsın və ölkə üçün vizyonunu dəqiqləşdirsin. Əvəzində o, vəzifəyə dərhal başlayır — keçmiş prezident Yun Sok Yolun impiçmentindən sonra yaranan boşluğu doldurmaq üçün. Yun ötən ilin dekabrında ölkədə hərbi vəziyyət elan etməyə çalışmış, lakin uğursuz olub.
Li təxminən 50% səs toplayaraq seçildikdə, Cənubi Koreya vətəndaşları ölkəyə zorla qəbul etdirilmək istənilən hərbi diktaturanı qəti şəkildə rədd etdilər. Li seçki kampaniyası zamanı ölkədə demokrasiyanı gücləndirəcəyinə və parçalanmış, çətin altı ay keçirmiş ölkəni birləşdirəcəyinə söz ver.
Lakin bunlar bir qədər gözləməli olacaq. Çünki qarşıda onu Donald Tramp formalı bir böhran gözləyir.
Mənbə: BBC News
Tərcümə etdi: Ayxan Cəfərov
