Bu gün:

Cənubi Koreyanın yeni prezidentini bir sıra çətinliklər gözləyir


Cənubi Koreyanın yeni prezidenti Li Cae-Myonq böyük qələbə qazanıb, lakin onun “bal ayı” cəmi bir gün belə çəkməyəcək.Keçmiş müxalifət lideri Li, adətən yeni liderlərə verilən iki aylıq keçid dövründən istifadə edə bilməyəcək ki, komandasını formalaşdırsın və ölkə üçün planlarını dəqiqləşdirsin. O, vəzifəyə dərhal başlayacaq, çünki əvvəlki prezident Yun Sok Yolun impiçmentindən sonra yaranan boşluğu doldurmalıdır. Yun ötən ilin dekabrında ölkədə hərbi vəziyyət elan etməyə cəhd göstərib, lakin bu cəhd uğursuz olub. 

Li təxminən 50% səs toplayaraq seçildikdə, Cənubi Koreya vətəndaşları ölkəyə zorla qəbul etdirilmək istənilən hərbi diktaturanı açıq şəkildə rədd ediblər. Seçki kampaniyası zamanı Li ölkədə demokrasiyanı gücləndirəcəyinə və son altı ay ərzində çətinliklər yaşamış, parçalanmış cəmiyyəti birləşdirəcəyinə söz verib. 

Lakin bu vədlərin həyata keçməsi bir qədər zaman ala bilər, çünki Li-ni qarşıda Donald Tramp xarakterli bir siyasi böhran gözləyir.

Mənbə: BBC News

Tərcümə etdi: Ayxan Cəfərov


Paylaş
Şərh əlavə et