Bu gün:

“Aparıcı olmaq insanın daxilindən gəlməlidir”


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı “Azad Azərbaycan” televiziyasında yayımlanan “ATV Səhər” verilişinin və müxtəlif tədbirlərin aparıcısı Abbasağa Əlizadədir.

-Aparıcı olmağın üstünlükləri nələrdir?

Mənə görə, aparıcı olmaq insanın daxilindən gəlməlidir. Bu elə işlərdəndir ki, sən onu yalnız sevərək icra edə, layiqincə yerinə yetirə bilərsən, sevmədiyin halda çətin olacaq. Hər sahənin çətinlikləri, mənfi və müsbət tərəfləri var. İşini sevirsənsə, onun mənfiləri də sənin üçün müsbətə çevirilir deyə, sən orada heç bir çətinlik görmürsən və sənə heç nə ağır gəlmir. İşi sevəndən sonra məşhurluq da, digər üstün tərəfləri də özü formalaşır. Məşhur olmaq üçün çalışsan, çətin olacaq, sən işinin yaxşı olmağı üçün çalışmalısan, belə olduğu təqdirdə qalan məsələlər həll olunandır. Əsas odur ki, işinin peşəkarı olasan. Mən də bu istiqamətdə çalışıram ki, maksimum dərəcədə hər zaman təkmilləşim, öyrənim və bu yolda da davam edirəm.

Günel Məmmədova

Paylaş
Şərh əlavə et