Bu gün:

Meloni və Makron görüşüb


İtaliyanın baş naziri Giorgia Meloni və Fransa prezidenti Emmanuel Makron İtaliyanın paytaxtı Romada görüşüb.

Romada Aİ-nin güclənməsi, Ukrayna-Rusiya müharibəsi və Yaxın Şərqdəki prosesləri müzakirə ediblər.

Təxminən 3 saat davam edən ikitərəfli görüş və daha sonra keçirilən nümayəndə heyətləri arasında işgüzar nahardan sonra birgə yazılı bəyanat yayımlanıb. 


İtaliya Baş nazirliyinin yaydığı açıqlamada bildirilib: “Meloni və Makron 2025-ci il iyunun 3-də Romada görüşərək, ortaq çətinliklərin artdığı bir dövrdə Avropanın hərəkətə keçməsi və səfərbərlik səylərini ətraflı müzakirə edib və əlaqələndirmək məqsədilə bir araya gəldilər. İtaliya və Fransa Avropa layihəsinin qurucu dövlətləri olaraq öz rollarına sadiq qalaraq, sülhə yönəlmiş, öz maraqlarını müdafiə edə bilən və vətəndaşlarını qoruya bilən daha güclü və daha firavan bir Avropa üçün ortaq öhdəliklərini gücləndirməyi qarşılarına məqsəd qoyurlar.”


Görüşdə Avropanın rəqabət qabiliyyəti və rifahına dair gündəlik məsələlərdə razılıq olduğu qeyd olunaraq, Fransa və İtaliyanın qarşıdan gələn Aİ Liderlər Zirvəsinə hazırlıq, çoxillik yeni maliyyə çərçivəsi, miqrasiya, Aİ-nin genişlənməsi və islahatlarla bağlı əməkdaşlıqda qərarlı olduqları vurğulanıb.

Açıqlamada həmçinin Ukrayna–Rusiya müharibəsinin də müzakirə mövzusu olduğu bildirilərək qeyd olunub: “Rusiyanın Ukraynaya qarşı hücumunun üzərindən 3 il keçərkən və İstanbulda Ukrayna ilə Rusiya arasında keçirilən son danışıqlardan sonra Fransa və İtaliyanın Ukraynaya verdiyi sarsılmaz  dəstək ədalətli və davamlı həll üçün hər zamankından daha vacibdir. Bu dəstək Avropanın müdafiəsinə investisiya səviyyəsinin artırılmasını, Avropanın sənaye və texnoloji müdafiə infrastrukturunun dəstəklənməsini nəzərdə tutan daha iddialı bir dəyişikliyi də ehtiva edir.”

Mənbə: Haber Global

Tərcümə etdi: Səyyarə Mirzəyeva

Paylaş
Şərh əlavə et