Bu gün:

Çin ABŞ-nin ticarət razılaşmasını pozduğunu bildirib


Çin bildirir ki, ABŞ ticarət razılaşmasını ciddi şəkildə pozub və buna cavab olaraq öz maraqlarını qorumaq üçün qəti addımlar atacaq.
Çin Ticarət Nazirliyi bildirib ki, Vaşinqton ötən ay Cenevrədə aparılan danışıqlar zamanı razılaşdırılan və hər iki ölkənin bir-birindən idxal etdiyi mallara tətbiq olunan rüsumların azaldılmasını nəzərdə tutan sazişi ciddi şəkildə pozub.

Nazirliyin sözçüsü əlavə edib ki, ABŞ-nin atdığı addımlar yanvar ayında Çin lideri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında keçirilən telefon danışığı zamanı əldə olunan razılaşmanı da ciddi şəkildə pozub.

Bu açıqlamalar Tramp'ın cümə günü Çinin “bizimlə əldə olunmuş razılaşmanı tamamilə pozduğunu” deməsindən sonra verilib.



Mənbə: BBC News

Tərcümə etdi: Ayxan Cəfərov


Paylaş
Şərh əlavə et