Polşa prezident seçkilərinin gərgin mübarizə şəraitində keçən ikinci turunda Karol Navroçki 50,9 faiz səs toplayaraq qalib gəlib.
Bazar günü Polşada keçirilən prezident seçkilərinin ikinci turunda 29 milyon qeydiyyatdan keçmiş seçici Varşava meri Rafal Trzaskowski ilə müxalif mühafizəkar Hüquq və Ədalət Partiyasının namizədi, tarixçi Karol Navroçki arasında seçim etmək üçün sandıq başına gedib.
Seçki Komissiyasının açıqladığı rəsmi nəticələrə görə, Navroçki səslərin 50,9 faizini toplayıb. 5 il müddətində ölkəni prezident kürsüsündə təmsil edəcək ad olub. Seçkiqabağı sorğularda bir qədər irəlidə olduğu göstərilən Trzaskowski 49,1 səslə məğlub olub.
Seçkilərdə iştirak nisbəti 71,63 faiz təşkil edib.
Polşada prezident seçkilərinin ikinci turu Bsş nazir Donald Tuskun hökuməti ilə müxalifət arasında, xüsusilə də Avropa İttifaqı (Aİ) ilə münasibətlər, məhkəmə islahatları, abort qanunları və Rusiya-Ukrayna müharibəsi kimi məsələlər ətrafında davam edən münaqişənin fonunda keçirilib.
Siyasi analitiklər bildirirlər ki, Aİ-yə uzaq yanaşması ilə tanınan və ABŞ prezidenti Donald Trampın siyasətindən ilhamlanan Navroçki prezidentliyi dövründə veto hüququ ilə Tuskun rəhbərlik etdiyi koalisiya hökumətinə meydan oxuya bilər.
Mənbə: Haber Global
Tərcümə etdi: Səyyarə Mirzəyeva
