İslam dininin insanlara daim xatırlatdığı təmizlik məfhumu həm öz sağlamlığımız, həm də başqalarının sağlamlığı üçün çox mühüm məsələdir. Təmizlik insan sağlamlığına təsir edən ilk amillərdən biridir. Təmizlik dedikdə ağla gələn ilk sözlərdən biri də gigiyenadır.
Gigiyena nədir? Niyə vacibdir?
Gigiyena yunan mənşəli bir sözdür və mənası şəfaverici deməkdir. Gigiyena insanları sağlamlığa zərər verə biləcək vəziyyətlərdən və ya mühitlərdən qorumaq üçün görülən bütün təmizlik tədbirləridir. Gigiyena insan sağlamlığının bir nömrəli qaydasıdır. Bu o deməkdir ki, bu qayda olmayanda müxtəlif təhlükələrlə üzləşirik. İşimiz, evimiz və ya sosial mühitimiz qeyri-gigiyenikdirsə, şəxsi gigiyena qaydalarına əməl etməsək, xəstə bir həyat sürmə ehtimalımız var. Əgər xəstə həyat yaşamaq istəmiriksə, azad yaşamaq istəyiriksə, mütləq gigiyena məsələsinə diqqət yetirməli və bu mövzuda həssas olmalıyıq. Qeyd etmək lazımdır ki, gigiyena yoxdursa, sağlamlıq da yoxdur. Çünki yemək, içmək və yatmaq qədər həyati əhəmiyyət kəsb edir. İnsanlar həyatda qalmaq üçün yeyib-içib, yata bildiyi kimi, gigiyena baxımından da düzgün rəftar və davranış sərgiləməlidirlər. Biz insanlar vasitəsilə heyvanlar və bitkilər kimi digər canlılarda da gigiyenaya diqqət edilməsi lazım olan bir məsələdir. Evimizdə saxladığımız ev heyvanlarının və evimizdə yetişdirdiyimiz bitki növlərinin gigiyenası da təmin edilməlidir. Çünki insanlar fərqində olmadan bir çox bitki və heyvanlardan xəstəliklərə yoluxa bilərlər. Gigiyena dedikdə ağlımıza dezinfeksiya, sterilizasiya, dezinfeksiyaedici, sanitar, antisepsi, normal sabun kimi təmizlik terminləri gəlir. Bu terminlər insanlara ümumən gigiyenanı qorumağa kömək edən ifadələrdir. Bu maddələr sayəsində daha gigiyenik mühitlərə əldə edə və daha gigiyenik şəxsi baxımlarımızı edə bilərik.
Gigiyena necə təmin edilir?
Gigiyena gənc yaşda öyrədilməli bir davranış olmalıdır. Bu mövzuda əvvəlcə ailədə, sonra məktəblərdə müxtəlif təlimlər keçirilməli, insanlar gənc yaşlarından maarifləndirilməlidir. Vərdişlər zamanla başqa mühitlərə yayılaraq həyatımızın sağlam şəkildə irəliləməsinə kömək edir. Bu gün gigiyenanı təmin etmək üçün bir çox üsul var.

Ev mühitində
Mətbəx dolabının qapıları və piştaxtaları təmizləyici parça ilə silinməlidir. Kranlar təmizlənməlidir. Müxtəlif təmizlik məhsulları və təmizləyici qablardan istifadə edilməlidir. Xüsusilə hamamlar tez-tez dezinfeksiya və sterilizasiya edilməlidir. Evimizdə olan böyük və kiçik mətbəx texnikası istifadə edildikdən sonra diqqətlə yuyulmalıdır. Yeməkdə istifadə edəcəyimiz ət, balıq və toyuq məhsullarının yaxşıca bişməsinə diqqət yetirməliyik. Meyvələri yaxşıca yuyub tərəvəzləri sirkəli suda isladıb yeməliyik.

Uşaqlar küçədən gələn kimi hamama göndərməliyik, əl-ayağı burada yuyulmalıdır.
Biznes və sosial mühitlərdə
Gördüyümüz işin növünə uyğun olaraq özümüzə bir sıra gigiyena tədbirləri təyin etməliyik. Əgər biz qeyri-gigiyenik iş mühitində işləyiriksə, bu məsələ ilə bağlı şikayətlərimizi müdirimizə çatdırmalı, həmkarlarımızı xəbərdar etməliyik. İş yerində birdən çox adamın istifadə etdiyi yeməkxana, hamam kimi ictimai yerləri təmiz saxlamağa diqqət etməliyik.

Əgər qapalı ərazidə işləyiriksə, bu mühiti havalandırmalı və istifadə etdiyimiz alət və avadanlıqları tez-tez təmizləməliyik. Əgər sosial mühitlə ünsiyyətdə olsaq, bu mühitdən çıxandan sonra əllərimizi yumalıyıq.
Kafe, restoran kimi yerlərdə verdiyimiz sifarişlərin gigiyenik etibarlılığına əmin olmalıyıq.
Mənbə: Hürriyet
Tərcümə etdi: Nuran Əhmədzadə
