
Yayda digər fəsillərə nisbətən daha çox yorğun oluruq. İstilər insanların əsəblərinə və yuxusuna təsir edir. İstilərə qarşı tədbir görmək mümkündür.
Təbii və şüurlu qidalanaraq isti yay günlərini həm daha sağlam, həm də daha rahat keçirə bilərsiniz. İstilərə qarşı bəzi tədbirlərlə tanış olaq.
• Qulaqların arxasını, saç köklərini, əlləri və ayaqları tez-tez isladın. Xüsusilə, qulağın arxa hissəsinin sərin olması istilik mərkəzini tarazlaşdırmaq üçün çox vacibdir.
• Biyan kökü şərbəti əla yay dərmanıdır. O bədəni soyudur, enerji verir, aşağı təzyiqi tarazlaşdırır. Yalnız şəkərli diabet və yüksək qan təzyiqi olan insanlar bu içkidən ehtiyatla istifadə etməlidir.
• Qızılgül şərbəti, turş olmayan ayran, mineral soda, limonad, kompot, buzlu qəhvə sağlam sərinləşdirici içkilərdir.
• Üzgüçülük yayda ediləcək ən yaxşı idman növüdür. Yayda sizi çox tərlədən idmanla məşğul olmayın. Su idmanlarına üstünlük verin. Gəzməyə gedəcəksinizsə, səhər tezdən və ya axşam saatlarını seçin. Məşqdən sonra isti duş alın və başınızı sərin tutun. Yayda başınızı çox isti su ilə yumayın. Saç fenini ilıq rejimdə istifadə edin.
• Axşam saatlarında heç vaxt ağır və həzm olunmayan qidalar qəbul etməyin. Yatağa tox mədə ilə getməyin.
• Alkoqol ləzzət verir. Hətta buzla sərxoşluq yaradıb sərinlədə bilir. Ancaq ağrı daha sonra gəlir. Daha çox tərləyirsiniz, maye itirirsiniz və yaxşı yata bilmirsiniz.
• Heç vaxt həddindən artıq soyuq içki və qida qəbul etməyin.
Əgər istidən çox təsirlənirsinizsə, aşağıdakılardan istifadə edin
Gül suyu: 1 şüşə qızılgül suyunu soyuducuda saxlayın. Evə gələndə suyu biləklərinizə çəkin. Bu sizi sərinlədəcək.
Nanə: Təzə nanə çox faydalıdır. Nanə yarpaqlarının üzərinə bir neçə damcı limon sıxıb ağzınıza qoysanız, özünüzü sərin və gümrah hiss edəcəksiniz.
Zərdəçal: Tərləməni azaldır. Əgər çox tərləyirsinizsə, gün ərzində 1 çay qaşığı zərdəçal istifadə edin.
Limon: Limon suyunu buz qablarına qoyun və dondurun. Suya töküb yavaş-yavaş için.
Lavanda: Lavanda bədən istiliyini aşağı salır. Bu ətirli bitkinin yarpaqlarından çay hazırlayarkən yalnız 3-4 yarpaqdan istifadə etməyə diqqət edin. Lavanda zəhərli təsirə malik olduğu üçün həddindən artıq çoxu problem yarada bilər.
Jasmin: Çay hazırlamaq üçün jasmini lavanda və nanə ilə qarışdırın. Soyuyanda süzün və içinə bir dilim limonu bir neçə parça buzla qoyun. Soyuq şəkildə için.
Mənbə : Habertürk
Tərcümə etdi : Samirə İsmayılova
