İmtina etmək çətinləşdikcə azadlığımız azalır, azadlığımız azaldıqca biz öz həqiqiliyimizdən, mənliyimizdən əl çəkirik.
Öz fiziki, zehni və emosional vəziyyətinizə, ehtiyaclarınıza qarşı dürüst davranaraq, kiməsə və ya nəyəsə bənzəmək problemindən qaçaraq etdiyiniz yoqa məşqi, zaman keçdikcə sizi sağaltmağa başlayacaq, önəmli olan bunu bacara bilməkdir. Səbirlə niyyətinizin arxasında durun.

Biz əsl mənliklə saxta mənlik arasında itirilən həyatları yaşayırıq. İnsanlar bu sifətlərə o qədər bağlanıblar ki, sonradan məlum olur ki, onlardan biri götürülsə, həyatları sarsılan. Məsələn özümüzü təqdim edərkən əvvəlcə adımızı, sonra peşəmizi bildiririk. İndi bizim peşəmiz və ya bizə verilən status kimliyimizin toxunulmaz bütövlüyünə çevrilir. Bəs siz o peşə və ya o ad olmadan necə insansınız? Əldə etdiyin o vəzifə və ya nüfuz olmadan necə insansan?

Sosial həyatınızdan razısınızmı?
Məsələn özünüzü bir həftə meksikalı, bir həftə italyan, bir həftə suriyalı, bir həftə də çinli kimi təsəvvür etsəniz, o mədəniyyət və ailə quruluşu ilə tərbiyə olunsaydınız, indiki halınızdan nə qədər fərqli olardınız? Hansı xarakteriniz dəyişməz qalacaq? Xarici təsirlərdən asılı olmayaraq, heç vaxt dəyişməyən sizin mənliyinizi təşkil edir. Ona görə də sizin üçün optimal olan yoqa məşqi başqası üçün fərqli olacaq, gündən-günə dəyişəcək…

Yoqa məşqinin “ən idealı” olması üçün beynimizdə nəzərdə tutduğumuz şərtləri gözləmədən, dürüst, istəkli və hazır olaraq hərəkət etməliyik. Optimallıq öz daxilində kəşf edilən və həyatla daim dəyişən bir vəziyyətdir. Bəzən yalnız 10 dəqiqə gözlərinizi yumub nəfəsinizə diqqət yetirmək sizin üçün ən uyğun məşq ola bilər, bəzən isə 2 saat dinamik yoqa məşqi etmək ola bilər. Gündəlik tələskənlik bizi fiziki cəhətdən yorursa, daha sakit bir yoga təcrübəsi yaşamalıyıq, əgər o günlərdə beynimiz fırlanırsa, bəlkə də idarə olunan meditasiya təcrübəsinə üstünlük verməliyik və ya hərəkət etməyimiz lazım olduğunu hiss ediriksə, bunu etməliyik.

Dinamik yoga təcrübəsi- durğunluq tənbəllikdir
Fuko deyir: “Biz bir şeyin digərinə bənzədiyini söylədikdə, ikincinin ekzistensial olaraq birincidən daha üstün və daha real olduğunu nəzərdə tuturuq”. Yoqa praktikasında hər şeyin müvəqqəti olduğunu qəbul etmək və yoqanın gündəlik ehtiyaclara uyğunlaşdırıla biləcəyini bilmək lazımdır. Bəzən fiziki xəsarətlər dinamik bir məşq etməyimizə mane ola bilər, bu halda bərpaedici və ya yin yoqa kimi yoqa alətləri ilə dəstəklənən sadə təcrübələr bizi gözlədiyimizdən çox daha "qidalandıracaq" və bu təcrübə insanların ehtiyacları olduğu üçün cansıxıcı olmadan davam edəcəkdir. Əslində bu praktiki vəziyyət tədricən gündəlik həyatınıza da yayılacaq, bəlkə yerişiniz dəyişəcək, oturma duruşunuz canlanacaq və dik olacaq, zehninizin rahat vəziyyəti nitqinizi sakitləşdirəcək, bəlkə də düşüncə tərzinizi belə dəyişdirmiş olacaqsınız.

Həyat durmadan irəliləyir və ayın sonuna gəldik deyə özümüzə deyirik- "Başa düşə bilmirəm bu həftə necə keçdi?" Pul məsələsi gündəmə gələndə daim təlaş içində yaşamaq nə dərəcədə faydalıdır? Ona görə də ətrafımızda 40 yaşının ortalarında olan, amma bütün enerjisinin tükəndiyini söyləyən çoxlu insanlar var. Yalnız pul qazanmaq üçün daha yüksək məqsəd olmadan işləmək bizi dovşan dəliyinə itələyir və fırlandıqca narazılıq bədbəxtliyə, bədbəxtlik ümidsizliyə, ümidsizlik isə enerjimizin vaxtından əvvəl tükənməsinə səbəb olur.

Davamlılıq tərəqqi gətirir
Bəzən irəliləyiş halını anlamaq çətin ola bilər. Gündəlik həyatımızda və ya yoqa təcrübəmizdə belə açıq-aşkar irəliləyiş əlamətlərini görmək demək olar ki, qeyri-mümkündür, ona görə də, bəlkə, gündəlik tutmaq, qeydlər yazmaqla özümüzə xatırlatma edə bilərik. Bugünkü texnologiyalardan istifadə edərək, video qeydlər apararaq irəliləyişi analiz edə bilərik.
Bəlkə yazılı və ya vizual gündəlik tutmaqla bədənimizin fiziki inkişafını izləyə bilərik. Ruhani inkişaf- məcbur etmədiyimiz, məcbur edə bilməyəcəyimiz daxili formalaşmadır.
Mənbə: GQ
Tərcümə etdi: Nuran Əhmədzadə
