Hindistanın cənubundakı Kerala ştatında neft və təhlükəli yük daşıyan gəminin sahil yaxınlığında batması və sızma baş verməsi səbəbilə rəsmi qurumlar həyəcan vəziyyəti elan ediblər.

Hadisə bazar günü, Kochi şəhəri yaxınlığında, Liberiya bayrağı altında üzən bir gəminin çevrilməsi nəticəsində baş verib. Hadisənin baş verdiyi sahil zolağı həm biomüxtəliflik baxımından zəngindir, həm də önəmli turizm bölgəsidir.
Gəmidə olan 24 heyət üzvünün hamısı xilas edilib, lakin gəminin daşıdığı 640 konteynerdən bəzilərinin sahilə doğru hərəkət etdiyi bildirilir. Bu isə bölgədə təxliyələrə səbəb olub.
Rəsmilər gəmidən və onun yükündən sızan neft, yanacaq və digər zərərli maddələrin əhali və dəniz canlıları üçün ciddi təhlükə yarada biləcəyindən ehtiyat edirlər.
"Qaraya yayılan neft ləkəsi Kerala sahillərinin istənilən hissəsinə çata bilər deyə, bütün sahil boyunca xəbərdarlıq elan olunub",– deyə Baş Nazirin ofisinin yaydığı açıqlamada qeyd olunub.
Rəsmilər dəniz sahilində yaşayan sakinlərə sahilə çıxan konteynerlərə və ya neftə toxunmamağı tövsiyə ediblər. Balıqçılara isə batmış gəminin yaxınlığına getməmələri tapşırılıb.
Mənbə: BBC news
Tərcümə etdi: Gülçin Abdullayeva
