Bu gün:

Qəzzaya yardım qrupunun rəhbəri istefa verib


İsrailin dəstəklədiyi mübahisəli planın bir hissəsi olaraq Qəzzaya yardım paylamaq üçün qurulan bir təşkilatın rəhbəri, "humanitar prinsiplərə" əməl edəcək şəkildə işləyə bilməyəcəyini deyərək istefa verib.Ceyk Vud bazar günü gec saatlarda Qəzza Humanitar Birliyinin (GHF) "insanlıq, neytrallıq, qərəzsizlik və müstəqillik" prinsiplərini yerinə yetirə bilməyəcəyini deyərək tərk edib.

ABŞ-nin də dəstəklədiyi plan İsrailin təyin etdiyi paylama məntəqələri vasitəsilə fələstinlilərə yardım çatdıran özəl podratçıları nəzərdə tutur. İştirak etməyəcəyini bildirən həmin qurum Birləşmiş Millətlər Təşkilatı tərəfindən ciddi şəkildə tənqid edilib. 

İsrail planın HƏMAS-ın humanitar yardımları oğurlamasının qarşısını almaq üçün vacib olduğunu iddia edir, HƏMAS isə bu ittihamı rədd edir.

GHF planına əsasən, fələstinlilərin Qəzzanın cənubundakı dörd paylama məntəqəsindən çəkisi 20 kq-a (44 funt) qədər qida və əsas gigiyena vasitələri olan qutuları toplaması gözlənilir.


Mənbə: BBC News

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et