Bu gün:

Rusiya Ukraynaya hava hücumu gerçəkləşdirib


Rusiya Ukraynaya qarşı hava hücumlarını intensivləşdirib. Son hücum zamanı bir gecədə indiyədək ən çox pilotsuz uçuş aparatı (PUA) və raket istifadə olunub.Rəsmilərin bildirdiyinə görə, hücumlar nəticəsində azı 12 nəfər, o cümlədən 3 uşaq həlak olub, onlarla insan isə yaralanıb. Bu hücum Ukraynanın paytaxtı Kiyevin müharibə başlayandan bəri ən ağır hücumlardan birini yaşamasından bir gün sonra baş verib.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın "bu qəddarlığının yalnız güclü təzyiq vasitəsilə dayandırıla biləcəyini" bildirib. O, ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinin müharibəni bitirmək istədiyi ilə bağlı açıqlamalarına işarə edərək “Amerikanın və digərlərinin susqunluğu Putini daha da ruhlandırır”,- deyə qeyd edib.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, şənbə günü yerli vaxtla saat 20:40-dan (GMT ilə 17:40) başlayaraq Rusiya müxtəlif tipli 367 raket və PUA-larla hücumlar həyata keçirib. Hava qüvvələri 45 qanadlı raketin vurulduğunu, 266 PUA-nın isə məhv edildiyini bildirib. Hücumlar nəticəsində Ukraynanın əksər bölgələri zərər çəkib, 22 ərazidə birbaşa zərbələr qeydə alınıb.

Mənbə: BBC news 

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et