Bu gün:

Qəzza fəlakətinin qarşısını almaq üçün effektiv və davamlı yardım axını lazımdır


Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi bildirib ki, Qəzzada mövcud fəlakətin daha da pisləşməsinin qarşısını almağın "yeganə yolu" bölgəyə davamlı yardımın daxil olmasıdır.

 Bəyanatda Qəzzada mövcud fəlakətin daha da pisləşməsinin qarşısını almağın yeganə yolunun yardımların bölgəyə təsirli və davamlı şəkildə daxil olması olduğu, BMT-nin nəzarəti altında gündəlik 500-600 yük maşınının Qəzza zolağına daxil olmasının vacibliyi vurğulanıb. Bildirilir ki, İsrail Qəzza zolağında humanitar yardımların paylanması üçün beynəlxalq təşkilatlar istisna olmaqla, yeni mexanizm yaradaraq Qəzza zolağının şimal hissəsini “tamamilə yaşayışsız” etməyi hədəfləyir.


Mənbə: TRT HABER

Tərcümə etdi:Səmayə Səftərova

Paylaş
Şərh əlavə et