İstanbulda Rusiya ilə Ukrayna arasında sülh danışıqları zamanı əldə olunan razılaşma çərçivəsində üç günlük hərbi əsir mübadiləsi tamamlanıb. İki ölkə arasında ümumilikdə minə yaxın əsir dəyişdirilib.
Rusiya və Ukrayna mayın 15-16-da İstanbulda oturduqları masa arxasında məhbusların mübadiləsi barədə razılığa gəliblər.
Danışıqlardan sonra məhbus mübadiləsi prosesi rahat keçib.
Tərəflər mayın 23-ü cümə günü 390, şənbə günü, mayın 24-də isə 307 məhbusu dəyişdiriblər. Mübadilə prosesi bu gün tamamlandı; Hər iki tərəfdən daha 303 hərbi əsir azad edildi. Beləliklə, planlaşdırıldığı kimi, üç günlük mübadilə prosesində min hərbi əsir azad edilib.
Mənbə:TRT haber
Tərcümə etdi:Ayşən Səlimova
