Səhiyyə mütəxəssisləri körpələrin beşiyi düzülərkən yol verilən səhvləri sadalayıblar. Bu səhvlər körpələrin ölümünə belə səbəb ola bilsə də, səhiyyə işçiləri valideynlərin az qala yüzdə 40-nın bu 5 səhvi etdiyini vurğulayır. Sağlamlıq mütəxəssisləri zərərsiz görünən bir yastıqdan ədyala qədər körpələrin yuxu məkanlarında ölümcül ola biləcək beş obyekti açıqlayıblar.

Mütəxəssislər bildirirlər ki, bu əşyalar körpənin boğulmasına səbəb ola bilər. Misal üçün, hesablamalara görə, Birləşmiş Ştatlarda valideynlərin 38 faizi körpələri üçün ölümcül ola biləcək ən azı bir əşyanı beşiyinə qoyur. Həmçinin Birləşmiş Ştatlarda hər il təxminən 3500 körpə yuxu ilə bağlı vəziyyətdən ölür və bu saydakı azalma son vaxtlar xeyli yavaşlayıb.
Komissiyaya görə 12 aydan kiçik körpələr təhlükəsiz yuxu mühiti üçün həmişə möhkəm, düz döşək üzərinə qoyulmalıdır. Və burada olmamalı olan 5 təhlükəli obyekt:
Yastıqlar
Yetkinlərinki kimi yastıq vermək cazibədar ola bilər. Lakin səhiyyə mütəxəssisləri valideynlərə belə etməmələri barədə xəbərdarlıq edir. Körpə başını yastığa qoyduqda o, qabağa düşə və tənəffüs yollarını bağlaya və boğula bilər. Beşikdə körpənin üzünü yastığa basdırması riski də var ki, bu da nəfəs almaqda çətinlik yarada bilər.
Oyuncaq heyvanlar
Valideynlər də daxil olmaqla bir çox dost və qohumlar körpə üçün fil, zürafə və ayı şəklində yumşaq oyuncaqlar alır. Bununla belə, səhiyyə mütəxəssisləri bu tip oyuncaqları çarpayıdan uzaq tutmağı xəbərdar edir. Uşaq bu oyuncaqlarla üzünü örtürsə, bu onun tənəffüs yollarını bağlaya və boğulmasına səbəb ola bilər. Eynilə, ipli və ya lentli oyuncaq körpənin boynuna dolana və boğulmasına səbəb ola bilər.
Yorğan
Ədyallar körpəni soyuqdan saxlamaq üçün cazibədar ola bilər, lakin heyvanlar və yastıqlar kimi bunlar da boğulma riski yarada bilər. Körpə üzünü ədyala sara bilər və ya yorğanı udmağa cəhd edə bilər. Ədyal körpənin həddindən artıq istilənməsinə də səbəb ola bilər. Ən azı 12 aylıq olana qədər yorğanlar körpələr üçün təhlükəsiz hesab edilmir.
Yastıqlı bumperler
Bəzi valideynlər daha rahat yuxu mühiti təmin etmək üçün çarpayının ətrafına yastıqlı bamperlər qoya bilərlər. Lakin səhiyyə işçiləri buna qarşı xəbərdarlıq edərək körpənin üzü yastıqlara basıldığında nəfəs almaqda çətinlik çəkə biləcəyini bildirir.
Kabeller
Təəccüblüdür ki, körpələr beşiklərinin relslərindən bir metrə qədər uzana bilirlər. Bu o deməkdir ki, bu diapazonda olan hər hansı bir kabel körpələr üçün təhlükə yaradır və onları elektrik şoku və ya boğulma riski ilə üzləşdirə bilər.
Səhiyyə rəsmiləri həmçinin xəbərdarlıq edir ki, elektrik cərəyanının qarşısını almaq üçün evdə uşaq olduqda elektrik mənbələrinin girişində qoruyucuların olması ən yaxşısıdır.
Mənbə: Sözcü
Tərcümə etdi: Xədicə Cabbarlı
