
Evinizin işıqlandırmasını doğru qurmaq üçün bəzi məsləhətlər:
1. İşıq seçimi
Əsas odur ki, hansı rəng və temperaturda istədiyinizi düzgün biləsiniz. Buradakı ən mühüm məqsəd gözlərinizi yormayan və sizə sıxıntı yaratmayan bir işıq olmağıdır.
2. Balanslaşdırılmış işıq mənbələri
Tək və nəhəng çilçıraq evinizdə işıq balansının qarşısını alacaq. Bu səbəbdən otağın işığa ehtiyacı olan hissələrində spot və ya armatur lampalardan istifadə etmək faydalıdır.
3. LED işıqlandırma
İstilik buraxmamaqla böyük üstünlük təmin edən bu lampalar həm elektrik enerjisinə qənaət etməyə imkan verəcək, həm də çilçıraq kimi modelləri ilə otağın zərifliyindən ödün verməməyə imkan verəcək.
4. Tənzimlənən işıq
Televiziya izləyərkən ehtiyac duyduğumuz, ancaq kitab oxuyarkən ehtiyacımız olan işıqları tənzimləmək üçün artırıla və ya azaldıla bilən işıq açarlarından istifadə etməyə diqqət edin.
5. Birbaşa gözə daxil olmayan işığa üstünlük vermək
Gün ərzində yorğunluğunuzu artıracaq bu tip işıqlardan çəkinin. İşığı gözlərinizlə birbaşa təmasda deyil, ehtiyac duyduğunuz sahəyə yönəltsəniz, sizi narahat etməz.
6. İşığın yeri
İş masasında sol arxadan gəlməli olan işıqların mövqeləri, xüsusilə, vacibdir. Günəşin də bunda mühüm rolu var. Evinizin yerləşdiyi yerdən asılı olaraq onun haradan gəldiyi və ya digər binaların günəş işığına mane olub-olmaması çox vacibdir.
Mənbə: Habertürk
Tərcümə etdi: Lalə Mənəfova
