Bu gün:

Rituallar həyatımıza necə təsir edir?


Ritual bəşər tarixi qədər qədim və adi bir təcrübədir. Hər mədəniyyətdə özünəməxsus yeri olan bu əməllər, adətən, müəyyən dini, mədəni və ya ictimai hadisəyə uyğun olaraq edilir. İnsanların həyatında son dərəcə mühüm əhəmiyyət kəsb edən ayinlərin hər biri tarix və müxtəlif mədəniyyətlərin istifadələri əsasında öyrənilməlidir. Bununla da hansı ritualın hansı məqsədlə yerinə yetirildiyi sualına cavab verilir.

Ritual nədir? 

Ritual adət halına gələn şey kimi müəyyən edilir. Bu məqamda demək olar ki, bu, müəyyən mərasim, dini və ya ənənəvi əməli yerinə yetirməyi qarşısına məqsəd qoyan və müəyyən qaydalardan asılı olan sosial davranış formasıdır. Təkrarlanan hərəkətlərin müəyyən bir məqsədə xidmət etməsi bir çox məqamlarda mühüm hadisədir.

Gündəlik həyatdan ritualların nümunələri

Ritual bir çox fərqli mədəniyyət və sahələrdə özünü göstərən sosial davranış formasıdır. Bunlar din, idman, incəsənət və təhsil kimi müxtəlif sahələrdə geniş istifadə olunur. Namaz qılmaq, yoqa etmək, futbol oyunlarından əvvəl komanda mahnıları oxumaq, universitetin buraxılış mərasimləri və bədii çıxışlar zamanı hazırlıqlar rituala aid nümunələridir.

"Ritual nədir və nə edir?" sualına verilə biləcək ən qısa cavab,-"Bu, insanların diqqətini müəyyən bir məqsədə yönəldərək özlərini hazırlamaq üçün etdikləri müəyyən hərəkətlərdir".

Ritual nədir və onun insan davranışlarına təsiri nədir?

Ritualların insan davranışına bir çox müxtəlif təsirləri var. Məqsədli rituallar insanların zehni və fiziki hazırlığını artırır, emosional tarazlığı təmin edərək stressi azaldır. Bu, həm də sosial əlaqəni və birlik hissini gücləndirir. Buna görə də rituallar insanların həyatında mühüm yer tutur və bir çox mədəniyyətlərdə geniş istifadə olunur.

Mənbə: ceotudent.com

Tərcümə etdi: Fidan Abdullayeva

Paylaş
Şərh əlavə et