Bu gün:

Donald Tramp Cənubi Afrika lideri ilə danışıq aparıb


ABŞ və Cənubi Afrika arasındakı gərginliyi azaltmaq məqsədi daşıyan görüş, Trampın ağdərili fermerlərin “təqib olunması” ilə bağlı iddiaları gündəmə gətirməsi ilə daha da gərginləşib. 

Çərşənbə günü, ABŞ-nin 60-a yaxın Afrikanerə sığınacaq verməsindən bir həftə sonra bu addım Cənubi Afrikanı narazı salıb. Prezident Siril Ramafoza münasibətləri bərpa etmək üçün Ağ Evə gəlib.

Lakin Tramp canlı mətbuat konfransında Cənubi Afrikada “ağ soyqırımı” ilə bağlı geniş yayılmış iddiaları gündəmə gətirərək Ramafoza-nı təəccübləndirib. 

O, etiraz zamanı çəkilmiş və yol kənarındakı bir neçə xaçı göstərən bir videonu nümayiş etdirərək bunların öldürülmüş ağ fermerlər üçün qoyulduğunu iddia edib. 

Mənbə: BBC News

Tərcümə etdi: Ayxan Cəfərov





Paylaş
Şərh əlavə et