Bu gün:

KFC-ni quran adam - Colonel Sanders


Dünyanın ən məşhur fast-food markalarından biri olan Kentucky Fried Chicken, yəni KFC-nin loqosunda olan adamın kim olduğunu heç düşünmüsünüzmü? Bu adam KFC-nin yaradıcısı Harland Sandersdir. Dəfələrlə yıxılsa da, ayağa qalxıb arzularına çatmağı bacaran uğurlu bir sahibkardır. 

Harland David Sanders 1890-cı ildə İndianada anadan olub. Atasını erkən yaşlarında itirən Sanders anası işləmək məcburiyyətində qaldığına görə 5 yaşında bacı-qardaşlarına baxmalı olub.

Sander qardaşları üçün yemək bişirməklə başlayıb.

10 yaşında işə başlayan Sanders 16 yaşında məktəbi atıb və 17 yaşına qədər dörd fərqli işdə işləyib və qovulub. Anası evləndikdən sonra ögəy atası ilə anlaşa bilmədiyi üçün evdən qaçıb və Amerika ordusuna getmək üçün doğum tarixini dəyişib. Lakin, bir müddət sonra ordudan tərxis olunub.

O, 18 yaşında Cozefina Kinqlə evləndi. 22 yaşına kimi qatarlarda konduktor işləyib, amma oradan qovulanda arvadı onu uşaqları ilə birgə atıb.

Polkovnik və Cozefinanın üç övladı var idi, lakin oğlu çox yaşamadı. Sanders çox çətin günlər keçirirdi. O, uzun illər bir çox fərqli işlərdə çalışsa da, uğur qazana bilməyib. Sanders bu uğursuzluqlara görə intihar etmək fikrinə düşüb. Fikirləşəndə yadına düşdü ki, onun bir işdə istedadı var: yemək bişirmək. Buna görə də mağaza açmağa qərar verdi.

Sanders Tennessi ştatının Korbin şəhərində yanacaqdoldurma məntəqəsində açdığı ilk KFC mağazasında özünəməxsus sousu ilə qızardılmış toyuq satmağa başladı və Sandersin menyuları müştərilər tərəfindən tez bir zamanda bəyənildi.

Bunun üzərinə o, müştərilərinə daha yaxşı xidmət göstərmək üçün yanacaqdoldurma məntəqəsinin qarşısında motel açdı. Kentukki qubernatoru Sandersə "Polkovnik" ləqəbini verdi, onun şöhrəti tezliklə bütün ştata yayıldı. Polkovnik Sandersin bu uğuru uzun çəkmədi. Sandersin xidmət göstərdiyi və hər kəsin üz tutduğu yol yeni salınan şose səbəbiylə yararsız hala düşdü və Sanders batdı.

Sandersin müştəriləri azaldı və o, borclarını ödəmək üçün hər şeyi satmalı oldu. 66 yaşında o, pulsuz qalmışdı, amma yenə də təslim olmaq fikrində deyildi. Yalnız pensiyası qalan Sanders toyuqlarını satmaq üçün bir yer axtarırdı. Avtomobili ilə Amerikada 1008 restorandan rədd cavabı alan Sanders getdiyi 1009-cu restoran tərəfindən qəbul edildi.

O, nəhayət, öz reseptini müştərilərə təqdim etmək üçün uyğun başlanğıc nöqtəsini tapdı. Satılan toyuq başına komissiya alan Sandersin qızardılmış toyuqları yenə müştərilər tərəfindən bəyənildi. Sifarişlər durmadan artırdı və Sanders ABŞ-da yüzlərlə restorana Franchise verdi.

Onun həyatında bolluq dövrü gec də olsa, başlamışdı. KFC-nin əfsanəyə çevrildi. Sanders şirkətin rəsmi siması olaraq qalmaq şərti ilə şirkətini 2 milyon dollara Cohn Braun Jr.-a satdı. O, şirkətin rəsmi siması olaraq qaldığı üçün hər il 250.000 dollar maaş alacaqdı.

90 yaşında dünyasını dəyişən Polkovnik Sandersdən geridə qalan KFC hazırda 115 ölkədə 19 000-dən çox nöqtədə xidmət göstərən dünyanın ən məşhur fast-food brendlərindən biridir.


Mənbə: ceotudent.com

Tərcümə etdi: Fidan Abdullayeva

Paylaş
Şərh əlavə et