Bu gün:

Donald Tramp müdafiə sistemi planını açıqlayıb


ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ futuristik “Qızıl Qübbə” raketdən müdafiə sistemi üçün dizayn seçib və onun vəzifə müddətinin sonuna kimi istifadəyə veriləcəyini bildirib.Yanvar ayında Ağ Evə qayıtdıqdan bir neçə gün sonra Tramp ballistik və qanadlı raketlər də daxil olmaqla ABŞ-yə qarşı “gələcək nəsil” hava təhdidlərinə qarşı yönəlmiş sistemlə bağlı niyyətlərini açıqlayıb.

Yeni büdcə qanun layihəsində 25 milyard dollar (18,7 milyard funt sterlinq) ilkin məbləğ nəzərdə tutulub - baxmayaraq ki, hökumət bunun onilliklər ərzində bundan çox baha başa gələcəyini təxmin edir.

Rəsmilər xəbərdarlıq edir ki, mövcud sistemlər potensial düşmənlərin sahib olduğu getdikcə təkmilləşən silahlarla ayaqlaşa bilmir.

Prezident Tramp həmçinin Kosmik Qüvvələrin generalı Michael Guetlein-in layihəyə nəzarət edəcəyini açıqlayıb. Gen Guetlein hazırda Kosmik Qüvvələrin kosmik əməliyyatlar üzrə rəis müavinidir.

Mənbə: BBC News

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et