Bu gün:

Zelenski Rusiyanı ittiham edib


Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanı “vaxt udmağa çalışmaqda” ittiham edib.

 Bu bəyanat ABŞ-nin keçmiş prezidenti Donald Trampın Vladimir Putinlə baş tutmuş danışığından sonra atəşkəsə doğru irəliləyiş olduğunu bildirməyindən bir gün sonraya təsadüf edir. Zelenski qeyd edib ki, əgər Rusiya qeyri-real şərtlər irəli sürməyə və prosesi pozmağa davam edərsə, ciddi nəticələr olacaq. O həmçinin Ukraynanın danışıqlara hazır olduğunu əlavə edib.

Tramp bazar ertəsi həm Zelenski, həm də Putinlə ayrı-ayrılıqda danışdıqdan sonra Rusiya-Ukrayna arasında dərhal sülh danışıqlarına başlanacağını açıqlayıb. Putin isə mümkün sülh sazişi ilə bağlı memorandium üzərində işləməyə hazır olduğunu bildirsə də,  döyüşlərə 30 günlük fasilə verilməsi çağırışlarına münasibət bildirməyib.


Mənbə:BBC 

Tərcümə etdi:Rəna Qarayeva

Paylaş
Şərh əlavə et