
Qəbiristanlığa gedəndə bəzi qəbirlərin üzərində gül-çiçək görürük. Bəs bu güllərin əkilməsinin səbəbi nədir?
Ölüm bəşər tarixinin ən fundamental faktlarından biridir və hər mədəniyyətdə fərqli məna daşıyır. Bəziləri üçün ölüm bir başlanğıcın sonu, bəziləri üçün isə əbədiyyətin qapısını açan bir addımdır. Bununla belə, demək olar ki, hər bir mədəniyyətdə ölümü şərəfləndirmək və yaxınlarının xatirəsini yaşatmaq üçün bir çox ritual və ənənələr var. Bu ənənələrdən biri də qəbir ziyarətləri zamanı gül dəstələri qoymaqdır. Qəbir üzərinə gül qoymaq minilliklərdən bəri mövcud olan və dünyanın bir çox yerlərində hələ də davam edən bir ənənədir. Biz bu məqaləmizdə "Niyə qəbirlərin üzərinə güllər qoyulur?" sualını cavablandıracağıq.
Niyə qəbirlərə çiçəklər qoyulur?

Bu ənənə çox vaxt ölüyə hörmət göstərmək, itkiyə yas tutmaq və xatirələri canlı saxlamaq üçün istifadə olunur.
Bəzi mədəniyyətlərdə ölən adamın ailəsi və sevdikləri qəbiri bəzəmək üçün çiçəklərdən istifadə edirlər. İnanca görə, çiçəklər ölümün təbii bir hissəsidir və mərhumun ruhuna hörmət etmək üçün istifadə olunur. Bundan əlavə, güllərin gözəl və canlı rəngləri mərhumun xatirəsini yaşatmaqla yanaşı, qəbiristanlığı daha da xoş bir hala gətirir.
Bundan əlavə, bəzi mədəniyyətlərdə çiçəklər ölümdən sonra yenidən doğulmağı və yenilənməyi bildirir. Ona görə də güldən istifadəni mərhumun əbədi həyatına işarə kimi də şərh etmək olar.
Qəbrin üstünə gül qoymağın mənası nədir?

Bir çox mədəniyyətlərdə məzara gül qoymaq mərhumun xatirəsinə ehtiram əlaməti hesab olunur. Güllərin rəngləri mərhumun xatirəsini yaşatmaq üçün istifadə olunur. Məsələn, ağ çiçəklər çox vaxt saflıq və məsumluqla əlaqələndirilir və buna görə də bir çox qəbirlərdə ağ çiçəklər görünə bilər. Qırmızı çiçəklər sevgi və ehtirasın simvolu kimi istifadə olunur, buna görə də bir çox mədəniyyətlərdə sevilən birinin məzarına qırmızı çiçəklər qoymaq geniş yayılıb.
Dini nöqteyi-nəzərdən bəzi inanclarda çiçəklər ruhun ölümdən sonra yenidən doğulmasına işarədir. Ona görə də qəbirlərin üzərinə gül qoymağı mərhumun əbədi həyatına işarə kimi də şərh etmək olar. Bəzi dinlərdə mərhumun ruhuna təsəlli vermək üçün qəbirlərin üzərinə gül qoyulması mərasim kimi həyata keçirilir.
Emosional olaraq güllər insanların itki və yaslarını ifadə etmək üçün bir vasitə hesab olunur. Qəbiristanlıqlar yaxınlarını itirmiş insanların ziyarət edəcəyi yerlərdir və burada gül saxlamaq kədərlənmə zamanı onları rahatlaşdırır.
Qəbirlərə çiçək qoymaq ənənəsi hansı mədəniyyətlərdə geniş yayılmışdır?

Çiçəklər tarixin ən qədim dövrlərindən bəri insanlar tərəfindən sevgi, hörmət və anım üçün istifadə edilmişdir. Qəbirlərə gül qoymaq ənənəsi də bu məqsədlə yaranıb. Bu ənənənin əsas səbəblərindən biri də onun ölümündən sonra əziz insanın xatirəsini yaşatmaq istəyidir.
Qəbirlərə gül qoymaq ənənəsi Avropa, Asiya, Afrika və Amerikada görülən bir ənənədir. Bəzi mədəniyyətlərdə, xüsusən də, Avropada məzarların üzərinə təbii çiçəklər qoyulur, bəzi mədəniyyətlərdə isə süni çiçəklərdən istifadə edilir.
Xristianlıqda qəbirlərə gül qoymaq ənənəsi çox yayılmışdır. Xüsusən, Avropada xristianlığın yayılması ilə bu ənənə də geniş vüsət almışdır. Meksikada Ölülər Günündə məzarlar güllərlə bəzədilir, çünki ölənlərin ruhunun qayıdışına inanılır.
İslam mədəniyyətində qəbirlərə gül qoymaq ənənəsi çox da yayılmır. Ümumiyyətlə, qəbir ziyarəti sadə və sakit şəkildə həyata keçirilir.
Bəzi Asiya mədəniyyətlərində, xüsusən də, Yaponiyada məzarların üzərinə qırmızı və ağ qərənfillər qoyulur. Bu rənglər ölümdən sonra yaxşı və pis arasındakı tarazlığı təmsil edir.
Qəbir ziyarəti zamanı çiçək qoymaq niyə vacibdir?

Qəbir ziyarətləri insanlar üçün vacib bir mərasimdir. Bu, yaxınlarının itkisi, həsrəti və ağrılarının öhdəsindən gəlmək üçün bir yol olaraq görülür. Qəbir ziyarətləri zamanı bir çox insanlar məzarların üzərinə güllər düzür. Güllər insanların təbiəti dərk etmək, ona heyran olmaq və gözəlliyini qiymətləndirmək üçün istifadə etdiyi ən gözəl vasitələrdən biridir. Qəbir ziyarətləri zamanı insanlar əzizlərinin xatirəsinə güllər qoyurlar. Çiçəklər sevgi, hörmət və həsrətin ifadəsi olaraq görülür.
Qəbir ziyarətləri insanlara ağrılarını bölüşməyə və yaxınlarını xatırlamağa kömək edən vacib bir mərasimdir. Güllər mərhumun ruhuna qida verən vasitə hesab olunur.
Mənbə: neoldu.com
Tərcümə etdi: Lumu Zülfüqarova
