Bu gün:

Körpə qoxusu niyə xoşbəxtlik bəxş edir?


Beş duyğu orqanı bizə emosional və fiziki cəhətdən çox fərqli şeylər hiss etdirə bilər. Xüsusilə, ətrafı tanımaq, hadisələri və insanları xatırlamaqda qoxu alma duyğusunun rolu mübahisə edilə bilməz. Bu vəziyyətdə sevdiyimiz insanı iyləmək bizim instinktiv davranışlarımızdan birinə çevrilir. Gənc ananın körpəsinin qoxusunu içinə çəkməsi çox təbiidir. Bəs niyə körpə qoxusu sizi xoşbəxt edir? 

Beş duyğumuzdan biri olan qoxu psixoloji cəhətdən hər şeyi hiss etmək qabiliyyətinə malikdir. Anaların yenicə dünyaya gələn körpələrini iyləməklə sevinməsi təbiidir. Bəs niyə bu körpə qoxusu ana olmayanlar tərəfindən bu qədər sevilir? 

Kvebek Universitetinin anatomiya professoru Dr. Johannes Frasnelli və həmkarları tərəfindən 2013-cü ildə  aparılan araşdırma yeni doğulmuş körpə qoxusunun nevroloji təsirlərini araşdırdı. Tədqiqat qrupu maqnit rezonans tomoqrafiyasından (MRT) istifadə edərək körpə qoxusunu alan 15-i yeni ana olan və 15-i heç vaxt doğum etməmiş 30 qadının beyin fəaliyyətini müşahidə edib. Ən böyüyü 2 günlük olan körpələri qoxlayarkən izlənilən beyin fəaliyyəti göstərdi ki, beynin serebral bölgəsindəki mərkəzlər həm analarda, həm də ana olmayanlarda sanki xəbərdarlıq təsiri yaradır. Tədqiqatlar göstərir ki, körpə qoxusu beynin mərkəzlərinə "xəbərdarlıq göndərir", eynilə ac insanın qarnını doyurması kimi.

Körpə qoxusu ana-uşaq əlaqəsini gücləndirir

Anatomiya professoru Dr. Johannes Frasnelli anaların doğuşdan sonrakı yüklərin çoxunun öz üzərlərində olduğundan şikayət etməmələrinin səbəbinin beyin fəaliyyəti ilə əlaqəli olduğunu bildirib. 

Frasnelli: “Fərqli qoxular duyğu, öyrənmə və yaddaş mərkəzlərini hərəkətə gətirdiyi kimi, körpə qoxusu da beyin mərkəzini hərəkətə gətirir”. Eyni zamanda, Frasnelli ana ilə uşaq arasındakı bağın bu qoxu ilə gücləndiyini açıqladı.

Mənbə nə olursa olsun, körpə qoxusunun rahatlaşdırıcı və xoşagələn təsirinin arxasında duran elmi dəlillər beynin fəaliyyəti ilə bağlı başqa bir sual işarəsini də aradan qaldırır.  

Mənbə: milliyet.com.tr

Tərcümə etdi: Məryəm Abdullazadə

Paylaş
Şərh əlavə et