İsrail ordusu Qəzzanın şimalında və cənubunda genişmiqyaslı qurudan hücuma keçdiyini açıqlayıb. İsrail ordusundan verilən açıqlamaya görə, "Gideonun arabaları" adlı plan çərçivəsində Qəzzada bəzi bölgələrə qurudan hücumlar təşkil edilib.

Həm aktiv, həm də ehtiyatda olan əsgərlərin iştirak etdiyi bildirilən açıqlamada deyilib: “Gidonun Arabaları çərçivəsində Qəzza zolağının şimal və cənubunda genişmiqyaslı quru əməliyyatı başladılıb”.
Bəyanatda İsrail ordusunun bu həftə Qəzzada məktəblər, xəstəxanalar və köçkün fələstinlilərin məskunlaşdığı çadırlar da daxil olmaqla mülki vətəndaşları hədəf alaraq 670 məntəqəyə hücum etdiyi bildirilib.
Hücum planı mayın 4-də İsrail təhlükəsizlik kabineti tərəfindən təsdiqlənib.
ABŞ prezidenti Trampın mayın 13-16-da Körfəz ölkələrinə səfərindən sonra İsrail fələstinliləri zolağın cənubuna itələyərək Qəzzanın işğalını genişləndirmək və onu daimi etmək üçün hərəkətə keçməyi planlaşdırdığını açıqlayıb.
İsrail mediası qeyd edib ki, üç fazalı planın birinci mərhələsində hazırlıq işləri, ikinci mərhələdə intensiv hava hücumları, üçüncü mərhələdə isə qurudan hücumlar olacaq.
Mənbə: TRT haber
Tərcümə etdi: Ayşən Səlimova
