Donald Tramp bazar ertəsi Rusiya prezidenti Vladimir Putinlə Ukraynada müharibənin dayandırılması ilə bağlı telefonla danışacağını bildirib və deyib ki, zəng “qan gölünə” son qoymaq olacaq.
“Truth Social”da yazıb ki, ABŞ prezidenti zəngin saat 10:00 EDT (14:00 GMT)-də baş tutacağını və daha sonra Ukrayna prezidenti Vladimir Zelenski və bəzi NATO ölkələrinin liderləri ilə danışacağını bildirib.
Rusiya və Ukrayna cümə günü İstanbulda məhbus mübadiləsi barədə razılığa gəlsələr də, son üç ildə ilk üzbəüz danışıqlarını heç bir irəliləyiş əldə edə bilmədilər.
Tramp Putinin də orada olacağı təqdirdə Türkiyədə keçiriləcək danışıqlarda iştirak etməyi təklif etmişdi, lakin Rusiya prezidenti getməkdən imtina edib.
Mənbə: BBC News
Tərcümə etdi: Ayxan Cəfərov
