Almaniyanın Xarici İşlər Naziri Yohan Wadephul Rusiya prezidenti Vladimir Putini öz mövqeyinə yenidən baxmağa və İstanbulda Ukrayna ilə danışıqlarda iştirak etməyə çağırıb.

NATO Xarici İşlər Nazirlərinin qeyri-rəsmi toplantısının keçirildiyi Antalyada jurnalistlərə açıqlama verən Wadephul ABŞ dövlət katibi Marko Rubio ilə görüşdüyünü və təkcə NATO ilə deyil, həm də dünyadakı siyasi vəziyyətlə bağlı bütün vacib məsələlərdə demək olar ki, tam razılığa gəldiklərini bildirib. Bunun sevindirici olduğunu deyən Wadephul, "Belə olan halda, Rusiya prezidenti Putinin sadəcə kartlarını çox uzağa itələdiyini anlaması lazımdır. Dünya onun danışıqlar masasına gəlmək çağırışına cavab verməsini gözləyir",-deyib.
Mənbə: CNN TÜRK
Tərcümə etdi: Səmayə Səftərova
