Bu gün:

Putin və Zelenski arasında görüş ehtimalı


Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski danışıqlar qrupları müəyyən razılığa gələrsə, görüşə bilərlər.

Peskov jurnalistlərə Putin və Zelenski arasında görüş ehtimalı ilə bağlı deyib: "Belə bir görüş hər iki tərəfin nümayəndə heyətləri birlikdə çalışsa və aralarında müəyyən razılaşmalar əldə edərsə, mümkündür. Bunun mümkün olduğuna inanırıq".

Dmitri Peskov görüşün məhz görüləcək işlərin nəticəsi olaraq və iki tərəf arasında razılaşma şəklində müəyyən nəticələr əldə ediləcəyi təqdirdə mümkün olacağını vurğulayıb.

Mənbə: TRT haber

Tərcümə etdi: Ayşən Səlimova 

Paylaş
Şərh əlavə et