Bu gün:

Donald Trampın sülh həftəsi


Həmişə Amerikanı birinci yerə qoyacağını vəd edən proteksionist prezident son günlərdə bunun əksinə olaraq, dünyadakı şəraiti yaxşılaşdırmaqla məşğuldur.
O və komandası Körfəz ölkələri ilə işgüzar sövdələşmələr aparıb, Suriyaya qarşı sanksiyaları ləğv edib, HƏMAS-ın əlində olan ABŞ vətəndaşının azad olunması üçün danışıqlar aparıb. Eyni zamanda, Yəməndə husilərə qarşı hərbi zərbələri dayandırıb və  Amerikanın Çinə tətbiq etdiyi tarifləri azaltmağa nail olub. Daha sonra Ukraynaya Türkiyədə Rusiya ilə danışıqlar aparmağı tapşırıb, İranla nüvə sazişi üzrə səssiz danışıqları davam etdirib və hətta Hindistanla Pakistan arasında atəşkəsə vasitəçilik etməyi üzərinə götürüb. 

Hadisələrin sürəti elə bir temp yaradıb ki, ABŞ-nin diplomatik komandası məsələdən-məsələyə keçdikcə həm müttəfiqlər, həm də rəqiblər bu tempə çatmaqda çətinlik çəkiblər.


Mənbə: BBC News

Tərcümə etdi: Ayxan Cəfərov



Paylaş
Şərh əlavə et