Bu gün:

İran yazılı nüvə razılaşması təklifi almadığını bildirib


İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ prezidenti Donald Trampın iddialarının əksinə olaraq bu ölkədən yazılı razılıq almadıqlarını bildirib.Əraqçi X hesabından paylaşdığı mesajda "ABŞ-dən İrana birbaşa və ya dolayısı ilə heç bir yazılı təklif gəlmədi" deyib. ABŞ rəsmiləri İranla nüvə müzakirələri ilə bağlı "ziddiyyətli" açıqlamalar verdiyini iddia edən Əraqçi "İran hələ də qətiyyətli və açıq danışır. Haqqımıza hörmət edin və sanksiyalarınıza son verin, o zaman razılığa gələrik" mesajını paylaşıb. O, "İranın zəhmətlə əldə etdiyi zənginləşdirmə hüquqlarından dinc məqsədlər üçün imtina edəcəyi heç bir ssenarinin olmayacağını" və "tətbiqləri" qəbul etməyəcəyini bildirib.

ABŞ dünən mətbuatda çıxan xəbərə görə, amerikalı müzakirəçilər mayın 11-də Omanda keçirilən nüvə müzakirələri zamanı İran nümayəndə heyətinə yazılı nüvə razılaşması təklifi təqdim ediblər. Tramp məsələ ilə bağlı suala da "Bəli, təklif var. Amma İran tez hərəkət etməlidir, əks halda pis şeylər olacaq",-deyə cavab verib.

Mənbə: TRT HABER

Tərcümə etdi:Fidan Fərhad

Paylaş
Şərh əlavə et