Bu gün:

Ərdoğan Ukrayna müharibəsi ilə bağlı açıqlama verib


Prezident Rəcəb Tayyib Ərdoğan Ukraynada sülhün bərqərar olması üçün mühüm mərhələdə olduqlarını bildirib və hərtərəfli atəşkəs də daxil olmaqla bütün sülh təşəbbüslərinə dəstəyin davam etdiyini vurğulayıb.

Ərdoğan bu açıqlamanı Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa Siyasi Birliyi 6-cı Zirvəsində edib. O, çıxışında Avropanın gələcəyini formalaşdıracaq yeni bir vizionun müzakirə olunduğunu qeyd edib və vurğulayıb ki, birlik, əməkdaşlıq və ortaq fəaliyyət bu gün hər zamankindən daha vacibdir.

Prezident beynəlxalq aləmdə etimad böhranının aradan qaldırılması üçün ədalətli və əhatəli bir qlobal idarəetmə sisteminə ehtiyac olduğunu bildirib. O əlavə edib ki, bu dəyişiklik Avropada təhlükəsizlik, rifah və əməkdaşlığın artırılması ilə başlamalıdır. Ərdoğan həmçinin müdafiə sənayesi, enerji, nəqliyyat, rəqəmsal bazarlar və kritik minerallar sahəsində geniş əməkdaşlıq imkanlarının olduğunu qeyd edib.

Mənbə: TRT Haber

Tərcümə etdi: Ətirə İbayeva 

Paylaş
Şərh əlavə et