Ukrayna Prezidenti Volodimir Zelenski və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən mühüm görüş artıq başa çatıb. Bu barədə Ukrayna Prezident Administrasiyası CNN-ə məlumat verib.

Zelenski görüşdən əvvəl bildirmişdi ki, Rusiya ilə mümkün danışıqlarda iştirak edib-etməmək barədə qərarını Ərdoğanla söhbətdən sonra verəcək. Hələlik bu barədə heç bir açıqlama verilməyib.
CNN-in müxbiri Klare Sebastyanın verdiyi məlumata görə, artıq altı saatdan çoxdur ki, Dolmabahçe sarayının qarşısında gözləyən onlarca jurnalist səbrlə xəbərlərin gəlməsini gözləyir.
Rusiya mediası “xüsusi hərbi əməliyyat” ifadəsini təkrar-təkrar səsləndirməklə Kremlin ritorikasını davam etdirir. "Zvezda" kanalının müxbiri Stanislav İvaşçenko isə bildirib ki, hazırda Ərdoğan Zelenskini danışıqlar masasına gətirməyə çalışır.
ABŞ-nin dəstəklədiyi atəşkəs təkliflərinin Rusiya tərəfindən rədd edilməsi isə müzakirələrdə gündəmə gətirilmir.
Mənbə:CNN Tərcümə etdi:Rəna Qarayeva
