ABŞ Müdafiə Nazirliyi aprelin 13-də ABŞ Dövlət Departamentinin Türkiyəyə 304 milyon dollar dəyərində raket və müvafiq avadanlıqların mümkün satışını təsdiqlədiyini açıqlayıb.

Satışın təsdiqi AIM-9X Sidewinder Block II raketlərini və AIM-120C-8 orta mənzilli havadan-havaya raketlərini əhatə edib. Türkiyəyə 79 milyon dollar qarşılığında 60 ədəd AIM-9X Sidewinder Block II raketi və onlara aid 11 ədəd taktiki yönləndirmə avadanlığı almağa icazə verilib.
Bu, qısa mənzilli havadan-havaya uçan raketlərdir və döyüş təyyarələrinin digər təyyarələri vurmaq üçün istifadə olunur. İlk versiyası 1950-ci illərdə istehsal edilən və o vaxtdan bəri davamlı şəkildə təkmilləşdirilən bu raket, NATO müttəfiqləri arasında ən çox istifadə edilənlərdəndir.
Mənbə: BBC News
Tərcümə etdi: Səyyarə Mirzəyeva
